Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Fransada ər-arvad münasibətlərinə dair qeyri-adi QƏRAR
Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) rəsmi nikahlarda ərlə arvad arasında bəzi öhdəliklərin ləğvi ilə bağlı qanun layihəsini təsdiqləyib.
Oxu.Az xəbər verir ki, məlumatı "France 24" yayıb.
Qanun layihəsi artıq təsdiq üçün Senata (yuxarı palata) göndərilib.
"Qadın hüquqları qrupları hesab edir ki, bəzən tərəflərdən birinin cinsi əlaqəyə razılıq vermədiyi hallarda və təcavüz zamanı nikah öhdəliyi anlayışından sui-istifadə olunur. Qanun layihəsi bu tənqidlərdən sonra müzakirəyə çıxarılıb. Təsdiqlənmiş yeni layihəyə görə, "birgə yaşamaq" anlayışı ərlə arvadı cinsi əlaqədə olmağa məcbur edə bilməz", - xəbərdə qeyd olunur.
O da qeyd edilir ki, Fransa Mülki Məcəlləsində nikahla əlaqəli dörd vəzifə sadalanır: sədaqət, maddi öhdəliklər, kömək və birgə yaşamaq, lakin burada cinsi yaxınlıqla bağlı məqam qeyd edilmir:
"Bu arada, məhkəmə qərarları bəzən "birlikdə yaşamaq" anlayışını "birlikdə yataqda olmaq", yəni "nikah borcunu" yerinə yetirmək kimi şərh edir.
Hətta 2019-cu ildə bir kişi bu arqumentlə həyat yoldaşından boşanıb. Onun sözlərinə görə, həyat yoldaşı ona yataqda qarşılıq vermirmiş. Qadın ona qarşı irəli sürülən ittihamlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsində şikayət edib və məhkəmədə bunun boşanma üçün səbəb olmadığı aydınlaşıb".























































