Xəbər Lenti
17-08-2026, 19:49
Qurtuluş-93 Yaşayış Kompleksində məsuliyyət və idarəçilik nümunəsi – Şahlar müəllim
15-08-2026, 19:24
Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
15-08-2026, 14:04
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
İsrailli nazir: "Yəhudilər Azərbaycanda sülh şəraitində yaşamağa davam edirlər".
"Azərbaycan müasir, dözümlü bir ölkədir və hər zaman belə olub. Yəhudilər burada həmişə sülh şəraitində yaşayıb və yaşamağa davam edirlər".
Oxu.Az xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
İsrailli diplomat nitqində onu da bildirib ki, əməkdaşlıq iki ölkəyə sülh və inkişaf gətirəcək:
"Mən Azərbaycanı Ermənistanla sülh əldə etdiyinə görə təbrik edirəm. İnanıram ki, regionun çiçəklənməsi bundan sonra davam edəcək. Eyni zamanda, yüksək səviyyəli lider İlham Əliyevi təbrik etmək istəyirəm. O, beynəlxalq arenada Azərbaycanı irəli aparır. İsrail əhalisi Azərbaycan Prezidentinin səmimi dostluğunu yüksək qiymətləndirir".























































