Menu
Xəbər Lenti
Şəhid övladları Fransada
19-07-2026, 11:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 10:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 11:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 11:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 13:48

İsrail parlamenti buraxıldı

Dünya bir nərdivandır...
16-07-2026, 13:41

Dünya bir nərdivandır...

28 Yanvar 2026 10:10Manşet / Cəmiyyət

Nazir müavini: "Ailə institutunun mövcudluğu təhlükə altındadır"

 

"Süni intellektə əsaslanan texnologiyalar yeni və ciddi çağırışlar yaradacaq. Uşaqların bu dəyişikliklərə necə hazırlanması və bunun qanunvericilikdə necə əks olunması olduqca vacibdir".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

O bildirib ki, Elm və Təhsil Nazirliyi olaraq öz məsuliyyətlərini dərk edirlər:

"Nəzərə alsaq ki, sistemdə 1 milyon 600 mindən çox uşaq təhsil alır. Uşaqlar müxtəlif ailələrdə yetişirlər və biz deyə bilmərik ki, hər ailədə yüksəksəviyyəli mədəniyyət formalaşıb. Uşaqlar məktəbə gələnədək onların xasiyyəti artıq formalaşmış olur. Ailə dəyərləri çox önəmlidir. Müasir dövrdə dünyada bu, çox böyük problemdir. Hazırda ailə dəyərləri itir. Hətta ailə institutunun özünün mövcudluğu təhlükə altındadır".

Mərahim Nəsib