“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Yaxın Şərqdə yeni hərbi ittifaq - "Müsəlman NATO"su məsələsi gündəmə qayıdır
NATO üzvü olan Türkiyənin iştirakı ilə yeni təhlükəsizlik ittifaqının yaradılması Yaxın Şərq bölgəsində və onun hüdudlarından kənarda qüvvələr nisbətini dəyişə bilər. Əgər birlik qurulsa, digər müsəlman dövlətlərinin də ora gəlişi realdır.
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Yaxın Şərqdə regional güc balansını dəyişə biləcək hərbi-siyasi ittifaq planı gerçəkləşə bilər. "Müsəlman NATO"su kimi qeyd olunan Səudiyyə Ərəbistanı-Pakistan alyansı və bu birliyə Ankaranın qoşulması məsələsi dünyanın diqqət mərkəzindədir. Mediada yer alan məlumatlara görə, Ankara artıq mümkün ittifaqa qoşulmaq üçün danışıqları sürətləndirib. İddialara görə, qurum Səudiyyə Ərəbistanının maliyyə gücünü, Pakistanın müdafiə imkanlarını və ballistik raket infrastrukturlarını, Türkiyənin isə güclü ordusunu, inkişaf edən müdafiə sənayesini birləşdirəcək.
"Bloomberg"in xəbərinə görə, genişlənmənin təşəbbüskarı Pakistandır. Anonim qalmaq istəyən rəsmilərin verdiyi informasiyaya görə, üç dövlət arasında danışıqlarda irəliləyiş əldə edilib və sazişin bağlanması ehtimalı çoxdur.

Lakin ekspertlər bu ittifaqın bölgədəki güc balansını dəyişdirə biləcəyi ilə yanaşı, Tel-Əviv üçün ciddi bir əndişə təsiri yaradacağını iddia edirlər. İsrail mətbuatı artıq yaranacaq belə birliyin Tel-Əviv üçün təhlükə olduğunu və ABŞ-nin bölgədəki nüfuzuna təsir edə biləcəyini yazıb. "Müsəlman NATO"su anlayışına gəldikdə, bu termin ilk dəfə 2017-ci ildə gündəmə gəlib.
Onilliklərdir davam edən sıx tərəfdaşlıq
Səudiyyə Ərəbistanı ilə Pakistanı onilliklərdir təhlükəsizlik sahəsində sıx tərəfdaşlıq bağlayır. 1960-cı illərdən bəri neft monarxiyası İndoneziyadan sonra dünyada ikinci ən böyük müsəlman əhaliyə sahib olan ölkəyə milyardlarla vəsait yatırıb. Bu səxavətli dəstək olmadan, xüsusilə də Qərb sanksiyaları zamanı, Pakistan çətin ki, indi müqəddəs yerlərin üzərində də görünə biləcək nüvə qalxanını yarada bilərdi. Ər-Riyad bu bombaya həmişə böyük maraq göstərib. Müqavilədə nüvə qalxanından birbaşa söhbət gedib-getmədiyi hələlik aydın deyil. Bununla belə, Səudiyyə Ərəbistanı və Pakistan arasında münasibətlər heç də həmişə münaqişəsiz olmayıb.
Səudiyyə Ərəbistanı və İran arasında məzhəb düşmənçiliyinin pik nöqtəsində İslamabad özünü münaqişəyə cəlb etdirməməyi bacardığı üçün kral ailəsini çox qəzəbləndirib. Gənc, həddən artıq iddialı müdafiə naziri və indiki vəliəhd şahzadə Məhəmməd bin Salman 2015-ci ildə İranla əlaqəli yəmənli husilərə qarşı müharibə başlayanda, Pakistan ona dəstək verməkdən imtina edib. İslamabad Tehranla əlaqələri pozmaq istəməyib, çünki onunla uzun və narahat sərhədi var.

5-ci maddənin eynisi
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Pakistan arasında ötən ilin sentyabrında ikitərəfli ittifaq yaradılması barədə müqavilə imzalanıb. Orada deyilir:
"İttifaqın bir üzvünə qarşı təcavüz hamıya qarşı təcavüz kimi qiymətləndirilir".
Bu, Şimali Atlantika Alyansı müqaviləsinin 5-ci maddəsinin eynisidir. Pakistanla Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlıq zəif olsa da, Ankara haqqında bunu demək olmaz. Türkiyə-Pakistan hərbi əməkdaşlığı artıq möhkəm təmələ malikdir: Türkiyə Pakistan donanması üçün korvet sinfi döyüş gəmilərinin tikintisini, "F-16"ların modernləşdirilməsini və pilotsuz uçuş aparatları layihələrini həyata keçirib. Yeni pakt Türkiyənin də maraqlarına cavab verir. Məsələ ondadır ki, ABŞ Prezidenti Donald Trampın çıxışları müttəfiqlərdə NATO üzvlərinə qarşı Birləşmiş Ştatların öhdəliklərinin etibarlılığına şübhə yaradıb. Bu səbəbdən Türkiyə öz təhlükəsizliyini gücləndirmək üçün başqa yol axtarmalı olur.

"Hər bir iştirakçı ümumi işə öz töhfəsini verəcək"
Ankaradakı tədqiqat mərkəzinin strategiya üzrə mütəxəssisi Nihat Ali Özkan deyir ki, paktın hər bir iştirakçısı ümumi işə öz töhfəsini verəcək:
"Səudiyyə Ərəbistanı - maliyyə gücünü, Pakistan - nüvə silahının tətbiqi imkanını, ballistik raketləri və böyük insan ehtiyatına sahib olmasını, Türkiyə isə döyüş təcrübəsi olan silahlı qüvvələri və inkişaf etmiş hərbi sənayesini. ABŞ-nin öz maraqlarını və İsrailin maraqlarını prioritet etməsi faktı, eləcə də bir neçə regional münaqişənin nəticələri ölkələri dostları və düşmənləri tanımaq üçün yeni mexanizmlər yaratmağa təşviq edir".
Türkiyə alyansa qoşulmaq haqqında müqaviləni imzalayarsa, bu, onun keçmiş rəqibi olan Səudiyyə Ərəbistanı ilə münasibətlərində yeni bir dövrün başlanğıcı olacaq. Bu gün hər iki dövlət mübahisələrə son qoymaq və əməkdaşlığı genişləndirmək istəyir. Keçən həftə Ankarada iki ölkənin hərbi dəniz qüvvələri zabitlərinin tarixdə ilk iclası keçirilib. Türkiyə və Səudiyyə Ərəbistanı həmçinin əhalisinin əksəriyyəti şiə olan İrana qarşı dərin inamsızlıq bəsləyir. Doğrudur, Ankara və Ər-Riyad İranla qarşıdurmadan qaçmaq və ziddiyyətlərin diplomatik həllinə ümid edirlər.

Qərb ekspertləri hesab edir ki, üçtərəfli pakt haqqında müzakirələr hələ məsləhətləşmə xarakteri daşıyır. Türkiyənin ona qoşulmaq qərarının qəti olması haqqında danışmaq tezdir. Ankara daha çox türkdilli coğrafiyada öz təsirini gücləndirməkdə maraqlıdır.
Müstəqil ekspertlər isə hesab edir ki, Pakistan həm Səudiyyə Ərəbistanı ilə ikitərəfli paktda, həm də mümkün üçtərəfli formatda tərəfdaşlara nüvə silahlarını ötürməyəcək. Onların qənaətincə, Pakistanın hərbi doktrinası nüvə aktivlərinin hər hansı üçüncü tərəfə ötürülməsini nəzərdə tutmur. İslamabadda belə bir addımın ölkə üçün fəlakətli nəticələri ola biləcəyini dərk edirlər. Bu addım həm ABŞ, həm də Çin tərəfindən pislənəcək. Lakin üçtərəfli paktın təşəbbüskarı məhz Pakistan olub. Onun əsas motivi - Hindistanla yeni silahlı münaqişə halında Türkiyə və Səudiyyə Ərəbistanının dəstəyinə güvənməkdir.
Bütün qeyd edilənlərdən çıxan yekun nəticə isə odur ki, bu ittifaq baş tutarsa, həqiqətən də, bölgədə yeni reallıqlar yarada bilər.























































