Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Qonşunuz səs-küy salırsa - Nə etməli?
Çox az adam tapılar ki, qonşularının səs-küyündən şikayətlənməsin. Lakin əksəriyyət belə hallara qarşı demək olar, heç bir addım atmır.
Maraqlıdır, bəs məsələnin hüquqi həlli varmı? Qanunvericilik bu barədə nə deyir?
“Qafqazinfo” xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi bu istiqaməti əhatə edir. Məcəllənin bu maddəsi mənzillərlə yanaşı, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə yaradılan narahatlıqla bağlıdır. Burada məişət səs-küyü ilə bərabər, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa qarşı mübarizə tələblərini başqa üsulla pozmağa qarşı cərimə nəzərdə tutulur.
Sözügedən əməli törədən fiziki şəxslər 150 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilir. Lakin bu zaman cərimə sözügedən əməllərin günün heç də bütün vaxtlarında deyil, yalnız gecə vaxtı saat 24-dən 7-dək olan müddətdə törədilməsinə aiddir. Məcəllədə günün digər vaxtlarında yaranan səs-küylə bağlı cərimə müəyyən edilməyib.
.jpg)
Səs-küylə bağlı məqama Mülki Məcəllədə də rast gəlinir. Belə ki, Məcəllənin 171-ci maddəsi qonşunun təsirinə dözmək vəzifəsini müəyyən edir. Burada deyilir ki, daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən nəinki səs-küyün, hətta titrəyişlərin, qazın, buxarın, qoxunun, hisin, tüstünün, istiliyin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Yəni qonşu evdə qeyd edilən məqamlar digər evdəki yaşayışa çox da böyük təsir etmirsə, ona qadağa qoymaq olmaz.
Təsirin əhəmiyyətli olduğu, lakin səs-küyün və digər amillərin daşınmaz əmlakdan adi istifadədən törəndiyi və qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
.jpg)
Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Yəni daşınmaz əmlakdan normal istifadədən olsa belə, yaranan səs-küy yol verilən hədlərdən yüksək olduğu hallarda qarşı tərəfdən pul formasında kompensasiya tələb olunması mümkündür.
Yeri gəlmişkən, ölkə başçısının müvafiq Fərmanı ilə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları təsdiq edilib. Sənəddə nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin maksimal səviyyəsinin yolverilən normaları müəyyən olunub.
Ceyhun Həmid























































