Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
“Shein”in uşaq geyimləri təhlükəlidir?
“Greenpeace” ekoloji təşkilatının yeni araşdırması “Shein” onlayn mağazasının uşaq geyimləri ilə bağlı narahatedici nəticələr ortaya çıxarıb. Təşkilatın apardığı testlər göstərib ki, 56 nümunədən 18-i Avropa Birliyinin kimyəvi təhlükəsizlik standartlarını aşan maddələr ehtiva edir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmin geyimlərdə aşkarlanan təhlükəli maddələr arasında ftalat tərkibli plastifikatorlar və suya, ləkəyə davamlı PFAS tipli “daimi kimyəvilər” yer alır. Mütəxəssislər bildirirlər ki, bu maddələr qaraciyərə zərər vurmaq, immun sistemini zəiflətmək və xərçəng riskini artırmaq potensialına malikdir. “Greenpeace” əlavə edir ki, istehsal prosesində həmin kimyəvilər ən çox istehsalçı ölkələrdəki işçilərə və ətraf mühitə zərər verir. Yuyulma və utilizasiya zamanı isə torpağa sızaraq çirklənməyə səbəb olur.
Ətraflı
“Shein” açıqlama yayaraq məhsul təhlükəsizliyinə ciddi yanaşdıqlarını bildirib. Şirkət “Greenpeace”in təqdim etdiyi nəticələri hələ müstəqil şəkildə təsdiqləmədiklərini, lakin ehtiyat tədbiri olaraq sözügedən məhsulların bütün bazarlardan yığışdırıldığını qeyd edib.
Bu, “Shein”in qısa müddət ərzində təhlükəli maddələrlə bağlı tənqid olunduğu ikinci haldır. Oktyabrda Almaniyanın “Stiftung Warentest” qurumu 162 məhsuldan 110-da zərərli kimyəvilər və müxtəlif qüsurlar aşkarlandığını açıqlamışdı.























































