İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Çayınıza mixək atın
Digər ədviyyatlar kimi mixək də müalicəvi təsirlərə malikdir.
“Qafqazinfo” xəbər verir ki, mixək çox miqdarda mineral və vitamin ehtiva edir.
Ağız və diş sağlamlığı üçün xüsusilə faydalı olan mixək diş ağrısını aradan qaldırmaqda və ağız gigiyenasını yaxşılaşdırmaqda təsirlidir.
Mixək immunitet sistemini gücləndirir. Bu ədviyyat sümük sağlamlığını yaxşılaşdıra və osteoporoz kimi yaşa bağlı problemlərin qarşısını ala bilər.

Mixəyin bəzi xərçəng növlərinə, xüsusilə ağciyər xərçənginə qarşı profilaktik təsirinin olduğu deyilir. Bundan başqa həzm problemləri və ürək bulanmasına qarşı faydalıdır. Mixək maddələr mübadiləsini sürətləndirir və arıqlamağa kömək edir.
Mixəyin su ilə qarışdırılıb içilməsi bədəndə şişkinliyin azalmasına səbəb olur. Bu ədviyyatın istehlakı iltihab əleyhinə təsirə malikdir. Mixək çayı sakinləşdirici təsiri ilə tanınır. Bir stəkan qaynar suyun içərisinə 9-10 mixək atılaraq 5-6 dəqiqə dəmlənilir və hər səhər həmin çaydan bir stəkan içilir.

Beləliklə mixək:
1. Qan şəkərini balanslaşdırır.
2. İmmunitet sistemini gücləndirir.
3. Diş ağrısına yaxşı təsir göstərir.
4. Həzmi asanlaşdırır.
5. Bulantıları aradan qaldırır.
6. Ağız qoxusunun qarşısını alır.
7. Xərçəngdən qoruyur.
8. Tənəffüs yollarını açır, öskürəyi kəsir.
9. İltihab əleyhinə təsir göstərir, eləcə də iltihabın qarşısını alır.
10. Zehni sakitləşdirir, bədəni rahatlaşdırır.
11. Sümük sağlamlığı üçün faydalıdır.
12. Qaraciyəri qoruyur.
13. Ağrı və stressi aradan qaldırır.
Gündəlik 2-3 qram istehlakı məsləhət görülür.























































