MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
Heyvanın saysız-hesabsız faydaları
Payızın gəlişi ilə heyva yavaş-yavaş piştaxtalarda yerini tutmağa başlayır. Ola bilər ki, bu meyvəni sevən çox deyil, amma faydalarının ölçüsündən daha böyük olduğunu qeyd etmək lazımdır.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, antioksidantlar arasında sadalanan bütün vitaminləri ehtiva edən heyva orqanizmi toksinlərə qarşı qoruyaraq qalxan rolunu oynayır. Heyva bu xüsusiyyəti ilə müxtəlif xəstəliklərə səbəb olan sərbəst radikalları əngəlləyir və orqanizmi oksidləşdirici xəstəliklərə qarşı qoruyaraq yorğunluğun qarşısını alır.
Heyva lif, antioksidant və C vitamini ilə zəngin bir meyvədir. İmmunitet sistemini dəstəkləməkdə mühüm rol oynayır. Mis, kalium və dəmir kimi mikroelementləri ehtiva edən heyva ürək sağlamlığını yaxşılaşdırmaq, yaraların daha sürətli sağalması və qəbizlik kimi sağlamlıq problemlərinə faydalıdır. Heyva istehlak edilən kimi xolesterolu tarazlaşdırır. Bundan əlavə, damar sağlamlığına da təsir edir və damarların tıxanmasının qarşısını alır.
Həmçinin hamiləliklə bağlı ürəkbulanmaları azaltmağa və qaraciyərin sağlam işləməsinə kömək edir. Bəzi araşdırmalar heyvanın tərkibindəki güclü antioksidantların bədxassəli xərçəng hüceyrələrini yox etməyə kömək olduğunu sübut edib.
Beləliklə heyva:
1. Həzm problemlərini aradan qaldırır.
2. İmmunitet sistemini gücləndirir.
3. Xolesterolu balanslaşdırır.
4. Hamiləlikdən qaynaqlanan bulantıları azaldır.
5. Saç follikullarının sağlamlığını artırır.
6. Dəri hüceyrələrinə dəyən zərərləri aradan qaldırır, dərini cavanlaşdırır.
7. Mədə xoralarının müalicəsində təsirlidir.
8. Arıqlamağı sürətləndirir.
9. Xərçəng riskini azaldır.
10. Ürək-damar sağlamlığını qoruyur.
11. Dərini yeniləyir və cavanlaşdırır.
12. Böyrək sağlamlığını qoruyur.
13. Öskürəyə xeyirlidir.























































