26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Gündə bir kasa üzüm yeyin
Başda kalium, sodyum, fosfor, maqnezium, xüsusilə K, C, A və B vitamin-minerallarla zəngin meyvə olan üzümün ən önəmli xüsusiyyəti güclü antioksidan təsirli olmasıdır. Bu isə o deməkdir ki, üzüm başda xərçəng olmaqla, bir çox xəstəlik riskini azaldır.
“Qafqazinfo” üzümün faydalarını təqdim edir:
Mütəxəssislər bildirirlər ki, üzümün faydası ən çox qabığı və çiyidindədir. Buna görə də yeyərkən çiyidini çıxarmayın, qabığını soymayın. Bir kiçik kasa üzüm 100 kalori və 25 qram karbohidratdır. Gündə kiçik bir kasa yemək kifayətdir. Karbohidrat tərkibi yüksək olduğu üçün xüsusən diabet xəstələri diqqətli olmalıdırlar.
Xüsusən C vitamini və antioksidan tərkibi ilə immun sistemini gücləndirir. Beləliklə, günümüzün bəlası koronavirus olmaqla, bir çox infeksiyalara qarşı bədənin müqavimətini artırır.
Üzüm ürək sağlamlığını qoruyan ən önəmli meyvələrdən biridir.
Aparılan araşdırmalara görə, özəlliklə qırmızı üzüm xolestrolu aşağı salmaqda təsirlidir.
Xüsusilə çiyidi ilə birlikdə yeyildikdə tərkibindəki zəngin resveratrol sayəsində xərçəng hüceyrələrinin qarşısını alır.
Mütəxəssislər bildirirlər ki, üzüm qocalmanın qarşısını alır. Həmçinin, hüceyrələri yeniləyərək dərimizin daha cavan görünməsinə kömək edir.
Həkimlərin fikrincə, üzün çəki verməyə də kömək edir. Çünki üzüm yarısı su olan şəkərli və lifli bir meyvədir. Təbii meyvə şəkəri olması və tərkibindəki antioksidanlar sayəsində bədəndəki iltihabı azaldan təsiri ilə arıqlamağa da kömək edir.
Üzümün göz sağlamlığını qorumasına dair bir çox çalışma var.
Aparılan araşdırmalara görə, üzüm qan təzyiqini aşağı salır və infark riskini azaldır.
Üzüm mütəmadi olaraq yeyildiyi zaman bol lifli tərkibi ilə qəbzliyin qarşısını alır. Bu da bağırsaq xərçəngi riskinin qarşısını alır.























































