“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Heyvanın bilmədiyimiz faydaları
Payız meyvələrindən olan heyva ləzzətli olmaqla yanaşı, vitamin və minerallarla da zəngindir. Heyva orqanizmimizə və gözəlliyimizə faydalıdır.
“Qafqazinfo” heyvanın faydalarını təqdim edir:
Heyvanın toxluq müddətini uzatmaq, saçları gücləndirmək, mədə-bağırsaq xəstəliklərindən qorumaq, dərini təravətli saxlamaq və.s faydaları var. 100 qram heyvanın cəmi 40 kalorisi var. Heyvanın yarpağında fenolun miqdarı çoxdur. Bu səbəbdən də heyva yarpağını qurudub qış aylarında çay kimi içmək çox faydalıdır. A və B vitaminləri ilə zəngindir. Şəkər miqdarı olduqca aşağı olan bu meyvə eyni zamanda insanı rahatlaşdırmaq və sakitləşdirmək xüsusiyyətinə malikdir.
Arıqlamağa faydalıdır
Heyva qanda şəkərin miqdarını çox sürətlə artırmır. Yəni diabetdən əziyyət çəkir və pəhrizdəsinizsə, rahatlıqla heyva yeyə bilərsiniz.Bundan başqa heyva toxluq hissini uzadır və bu da arıqlamağa kömək edir. Pəhrizdə şirniyyata alternativ kimi heyvanı qaynadıb, ya da buxarda bişirib yemək olar.
İmmunitet sistemini gücləndirir
Heyvanın tərkibindəki C vitamini və fito kimyəvi maddələr immun sistemini gücləndirir. Heyva orqanizmi virus, bakteriyalara qarşı qoruyur.
Saçların uzanmasına kömək edir
Heyvanın tərkibi dəmir, sink kimi minerallarla zəngindir. Bu isə qan dövranını artırır, saçın dibinə bol oksigen daşınmasına kömək edir.
Dərini təravətli saxlayır
Heyvanın tərkibindəki dəmir, mis və sink kimi minerallar qırmızı qan hüceyrələrinin çoxalmasına kömək edir. Qırmızı qan hüceyrələri bölünüb çoxaldıqca qan dövranı zamanı daşınan oksigen miqdarını artırır. Bu da dəriyə faydalıdır.
Xərçəng riskini azaldır
Tərkibi antioksidantlarla zəngin olan heyva polifenol(cücərtmə prosesi) vasitəsilə orqanizmi sərbəst radikallara qarşı qoruyur, xərçəng riskini azaldır.
Ürək-damar sağlamlığı
Heyvanın tərkibində potasiumun miqdarı çoxdur. Bu isə yüksək qan təzyiqini aşağı salır. Bundan başqa heyvanın tərkibindəki pektin maddəsi də xolesterolu azaldır.
Bağırsaq xəstəlikləri riskini azaldır
Mədə və bağırsaqları gücləndirir. İshalı kəsməkdə təsirlidir. Heyvanın tərkibindəki liflər bağırsaq xəstəliklərinə qarşı orqanizmi qoruyur.
Qan azlığına müsbət təsir edir
Heyvanın tərkibindəki dəmir qan hüceyrələrinin çoxalmasına kömək edir. Qan azlığından əziyyət çəkənlər üçün heyva əla meyvədir.
Ağız qoxusunun qarşısını alır
Heyva anti-bakterial xüsusiyyətə malikdir. Bu səbəbdən orqanizmdə bir çox mikro orqanizmin çoxalmasının qarşısını alır. Ağızdakı bakteriyaları məhv edən heyva pis ağız qoxusuna qarşı çox effektivdir.
Gözlərə xeyirlidir
Göz ağı, göz qapağı və kirpiklərin iltihablanması zamanı heyva yarpağını qaynadıb suyu ilə gündə bir neçə dəfə gözləri yumaq olar.
Bundan əlavə, heyvanın özünü və tumunu qaynadıb suyunu içmək qadınlarda doğumu asanlaşdırır, iştahı açır, böyrək və sidik yolu iltihablanmalarının qarşısını alır.























































