Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
Şakir Qulamov – peşəkarlığı, humanist mövqeyi və səhiyyəyə verdiyi töhfələrlə seçilən həkim
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Gündə bir ovuc püstə yesəniz...
Püstə sağlamlığa bir çox faydası olan çərəz növüdür.
“Qafqazinfo” xəbər verir ki, püstənin əsas faydalarından biri ürək sağlamlığını dəstəkləməsidir.
Tərkibindəki sağlam yağlar pis xolesterini aşağı salaraq ürək-damar xəstəlikləri riskini azaldır. Bundan əlavə, maqnezium və kaliumla zəngin olan püstə ürək ritminin tənzimlənməsinə kömək edir.

Püstə qan şəkərinin səviyyəsinin tənzimlənməsində mühüm rol oynayır. Tərkibindəki lif və sağlam yağlar diabet riskini azaldır. Püstənin tərkibində olan antioksidant komponentlər sayəsində bədənə zərər verəcək şəkərlər xaric olur.
Bu çərəz ağciyərlərdəki iltihabı təmizləyir, ağrıları aradan qaldırmağa kömək edir. Püstədəki zəngin B6 vitamini bir çox infeksiya və xərçəngin qarşısını alır.

Püstə həmçinin E vitamini, tiamin, folat, fosfor, kalium və maqnezium kimi vitamin və minerallarla zəngindir. Bu vitaminlər immunitet sistemini gücləndirir, hüceyrələrin yenilənməsini dəstəkləyir və ümumi sağlamlığa müsbət təsir göstərir, həmçinin orqanizmin xəstəliklərə qarşı müqavimətini dəstəkləyir. Daimi istehlak soyuqdəymə və qrip kimi infeksiyalara qarşı qoruyucu təsir göstərir.
Püstə həzm sistemini dəstəkləyən yüksək lif tərkibi ilə seçilir. Lif bağırsaq hərəkətlərini tənzimləyir, qəbizlik riskini azaldır və sağlam bağırsaq bakteriyalarının inkişafını təşviq edir. Beləliklə, həzm sağlamlığına töhfə verərək ümumi sağlamlığı dəstəkləyir.

Püstə dəri sağlamlığı üçün vacib olan E vitamini və antioksidantlarla zəngindir. Bu maddələr dərini sərbəst radikalların zədələnməsinə qarşı qoruyur və dərinin yaşlanmasını gecikdirir. Bundan başqa dərini daha parlaq və canlı edir.
Püstə güclü antioksidant xüsusiyyətləri sayəsində sərbəst radikalların yaratdığı hüceyrə zədələnməsini azaldır. Xüsusilə tərkibindəki lutein və zeaksantinlə də göz sağlamlığını dəstəkləyir.

Püstə ən aşağı kalorili çərəzlərdəndir. Tərkibindəki yüksək liflə uzun müddət toxluq hissi verir və həddindən artıq yemək istəyini azaldır. Bununla da arıqlamaq istəyənlərə yardımçı olur.
Tərkibində yüksək protein olduğu üçün pəhriz siyahılarına rahatlıqla əlavə edilir. Buna görə də gün ərzində bədənin ehtiyac duyduğu zülalı bir ovuc püstə ilə təmin edərək sağlam şəkildə arıqlamaq mümkündür.























































