Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Həzmi yaxşılaşdırır, qaraciyəri qoruyur
Badımcanın mineral və vitamin tərkibi kifayət qədər genişdir. Sağlamlıq üçün faydalı olan bu tərəvəz bir çox xəstəlik riskini azaldır.
“Qafqazinfo” xəbər verir ki, tərkibində C vitamini, B6 vitamini, K vitamini, maqnezium, fosfor, manqan, mis, fol turşusu, kalium və lif mənbələri var.
Badımcan ürək sağlamlığını dəstəkləyir. Müntəzəm istehlakı çəkiyə nəzarətə kömək edir və qanda xolesterin (LDL) səviyyələrini tarazlaşdırmaqda təsirlidir.

Badımcan xərçəngin bir çox növlərinə qarşı profilaktik təsir göstərir və orqanizmdə antioksidant kimi çıxış edir. Xüsusilə mədə xərçənginin inkişaf riskini minimuma endirir.
Badımcanın beyinə qan axını asanlaşdırır, eyni zamanda neyroiltihabın qarşısını alır. Bu, bir çox psixi pozuntuların qarşısının alınmasında mühüm amildir.
Badımcan həzm sistemini yaxşılaşdırır. Tərkibindəki lif sayəsində qəbizliyin qarşısını alır. Toxluq hissini artıraraq iştahı azaldır. Kalorisi çox az olduğu üçün pəhriz saxlayanların rahatlıqla istehlak edə biləcəyi qidadır.

Badımcan qaraciyəri müəyyən toksinlərdən qorumağa kömək edir və qaraciyəri sağlam saxlayır.
Eyni zamanda, badımcanın tərkibində osteoporoza təsir edən dəmir və kalsium var. Tərkibindəki K vitamini sayəsində sümük inkişafını təmin edir və yaşlandıqca meydana gələ biləcək osteoporozun qarşısını alır.
Bu tərəvəz stresi azaldır və sinirləri sakitləşdirir. Keyfiyyətli və uzun yuxu təmin edir.

Badımcan anemiyaya xeyirlidir. Pankreas xəstələri üçün çox faydalıdır. Həmçinin sidikqovucu xüsusiyyəti ilə bədəndən toksinlərin çıxarılmasına kömək edir.
Qaraciyər və böyrək sağlamlığı üçün çox faydalıdır. Saç və dırnaq sağlamlığı üçün mühüm qidadır, eləcə də dərini nəmləndirir.
Yüksək antioksidant təsiri ilə immunitet sistemini gücləndirir və orqanizmi xəstəliklərə qarşı qoruyur. Əzələ inkişafına da kömək edir.

Bundan başqa selülit probleminə qarşı faydalıdır. Yüksək qan təzyiqi olan xəstələrdə qan təzyiqini aşağı salan təsir göstərir. Beyindəki sinir hüceyrələrinin zədələnməsinin qarşısını alır.
Bu tərəvəz diabet xəstələrinin asanlıqla istehlak edə biləcəyi və diabet riskini minimuma endirən qidadır.























































