MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
Şəfa mənbəyi zeytunun faydaları
Zeytun sonsuz faydaları olan bir qidadır.
“Qafqazinfo” xəbər verir ki, zeytun tərkibindəki sağlam yağlar sayəsində ürək sağlamlığınızı qoruyur, eləcə də pis xolesterolu (LDL) azaldır.
Zeytunlarda xərçəngə qarşı aktiv maddələrlə yanaşı A və E vitaminləri də var. Bu vitamin və maddələr xərçəng şişlərinin əmələ gəlməsinin qarşısını almağa kömək edərək orqanizmi qoruyur.
Tərkibindəki A vitamini ilə də göz sağlamlığına çox faydalıdır. Gözün işıq və qaranlığı daha yaxşı ayırd etməsinə imkan verərək gecə görmə qabiliyyətini yaxşılaşdırır. Bundan əlavə, A vitamini katarak və digər yaşa bağlı göz xəstəliklərinin inkişafına qarşı təsirlidir.

Osteoporoz sümük keyfiyyətinin azalması ilə xarakterizə olunan və sınıq riskini artıra bilən bir xəstəlikdir. Araşdırmalara görə, zeytun tərkibindəki vitamin və minerallar sayəsində uşaqlarda sümük inkişafını dəstəkləyir və yaşlılarda osteoporoz riskini azaldır.
Zeytun iltihaba səbəb olan oksidləşdirici stressi azaltmağa kömək edərək beyin toxumalarını qoruyur. Tərkibindəki E vitamini sayəsində koqnitiv geriləmənin qarşısını alır, sinir sistemini qoruyur və Alzheimer riskini azaldır.

Zeytunun digər faydalarına nəzər salaq:
Zeytunlarda olan E vitamini və yağ bağırsaqların daha səmərəli işləməsini təmin edir.
Müntəzəm olaraq zeytun istehlak edən insanların kolon xərçənginə tutulma riski çox aşağıdır.
Zeytunun tərkibindəki liflər yediyiniz qidaların asanlıqla həzm olunmasını təmin edir.
.jpg)
Hər gün nizamlı olaraq zeytun istehlak etdikdə mədə problemlərinə qarşı özünüzü qoruya bilərsiniz.
Zeytun ölü hüceyrələrin çıxarılmasını və yenilənməsini dəstəkləyən təbii qidadır.
E vitamini sayəsində sizi daha gənc və sağlam göstərir.

Pəhriz prosesində səhər yeməyi çox vacibdir. Səhər yeməyində zeytun istehlak edərək uzun müddət tox qala bilərsiniz.
Bu qida maddələr mübadiləsini də sürətləndirir.
Zeytun tərkibində doymamış yağ olduğundan qan təzyiqini tarazlayır və ürək ritmini tənzimləyir.
Zeytun qan azlığı problemi üçün tövsiyə edilən qidalardan biridir. Qanda dəmir miqdarını artıraraq anemiyanı aradan qaldırır.
A, D, E və K vitaminləri ilə zəngin olan zeytun böyüməkdə olan uşaqların bədən inkişafına kömək edir. Daha güclü əzələ və sümük quruluşunun formalaşmasına imkan verir.























































