Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
Heydər Əliyev ideyalarının davamçısı və Azərbaycanın tərəqqisinə həsr olunmuş fəaliyyət – İsmayıl Zalov
İsmayıl Zalov: “Azərbaycanın Zəfəri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir”
Azərbaycan BMT ilə 2026-2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzaladı
Məhəmməd Musayev "Azərenerji açıq səhmdar cəmiyyətinin idarə heyətinin sədri Balababa Rzayeve qalib gəldi. Musayevin arxalandığı kimdir? FOTOLAR

Redaksiyamıza daxil olan çoxsaylı şikayət məktublarında AAYDA-nın balansında olan 7 №-li Xüsusi Təyinatlı Yol İstismarı İdarəsində uzun müddətdir davam edən neqativ hallar barədə məlumat verilmişdi. Artıq daxil olan müraciətlərin əksəriyyəti öz təsdiqini tapıb.
Müraciətlərdə qeyd olunur ki, idarədə iki ildən artıqdır ki, əməkdaşlara qarşı haqsızlıq, zülm və korrupsiya halları davam edir. Baş idarəyə dəfələrlə edilən şikayətlərə baxmayaraq, hələ də heç bir ciddi tədbir görülməyib. Əksinə, idarə rəisi Məhəmməd Musayevin qanunsuz əməlləri gizlədilir və mediaya məlumat verən şəxslərin ciddi şəkildə cəzalandırılacağı bildirilir.
Mənbələrin verdiyi məlumata görə, Musayevin yaxın ətrafına daxil olan Nazir Nəhmətov bu işdə “xüsusi canfəşanlıq” göstərir. Onun “WhatsApp” platformasında paylaşdığı kriminal məzmunlu mesajlar idarə əməkdaşları arasında qorxu və təzyiq mühiti yaradıb.
Bundan əlavə, sosial şəbəkələrdə Musayev barəsində yayılan faktlara cavab olaraq, onun yaxın qohumu Elçin Musayev tərəfindən jurnalistlərə və bu mövzuda fikir bildirən vətəndaşlara qarşı təhqiramiz ifadələr işlədildiyi bildirilir.
Media orqanlarında yayılan tənqidi yazılardan sonra Məhəmməd Musayev tanınmayan bir saytda sifarişli məqalə dərc etdirərək, guya işçilərə, qazilərə və Vətən müharibəsi iştirakçılarına xüsusi qayğı göstərdiyini iddia edib.
Lakin işçilərin bildirdiyinə görə, bu iddialar həqiqəti əks etdirmir. Onlar qeyd edirlər ki, Musayev hər ay fəhlələrin maaşlarından qanunsuz kəsintilər edir, əmək haqlarını mənimsəyir, Vətən müharibəsi iştirakçılarının əziyyəti hesabına şəxsi gəlir əldə edir. “Dövlət bayramlarında, o cümlədən Zəfər Günündə belə bizi yada salmır. Sonradan isə özünü xalqsevər, vətənpərvər kimi təqdim etməyə çalışır,” – deyə işçilər bildirirlər.

Məlumata əsasən, idarə rəhbəri işçilərin təhlükəsizliyinə xüsusi diqqət yetirdiyini iddia etsə də, faktiki vəziyyət tam fərqlidir. Yerüstü və yeraltı keçidlərdə təmir işləri aparan fəhlələrin qoruyucu kaskları, təhlükəsizlik kəmərləri və digər avadanlıqları yoxdur. Dövlət tərəfindən bu məqsədlə ayrılan vəsaitlərin isə Musayev tərəfindən şəxsi məqsədlərə – Binə qəsəbəsində yerləşən lüks villa və obyektlərinin tikintisinə xərcləndiyi iddia olunur.
İdarənin fəhlə qüvvəsinin bir hissəsinin həmin villada işlədildiyi, yəni dövlət işçilərinin şəxsi işlərdə istismar edildiyi bildirilir.
İşçilər arasında yayılmış məlumatlara görə, Musayev bir vaxtlar keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bağında bağban işləyib, daha sonra isə “yuxarı dairələrlə” əlaqələr sayəsində bu vəzifəyə təyin olunub. O, hətta bir müddət əvvəl öz yaxın çevrəsində “AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədovun yerinə təyin olunacağını” bəyan edibmiş. Bu cür açıqlamalar idarə kollektivində ciddi narazılıq və qorxu yaradıb.
Hazırda yüzlərlə işçi ölkə başçısı cənab İlham Əliyevə Məhəmməd Musayev barəsində şikayət məktubu yazmağa hazırlaşır.
İdarə əməkdaşları bildirirlər ki, Musayev nəinki dövlətə, hətta ətrafındakı insanlara qarşı da laqeyddir. Öz rayonunda belə sevilməyən bu şəxs işçiləri ictimai şəkildə təhqir edir. Onun ayağı qüsurlu olan bir işçini insanların gözü qarşısında ağır ifadələrlə təhqir edərək işdən qovduğu da iddialar sırasındadır.
İdarədəki xidmət otaqlarının qapılarının ortasına şüşə hissə yerləşdirməsi işçilərin narazılığına səbəb olub. Xadimələr formalarını dəyişə bilmədiklərini, otaqlarda məxfilik qaydalarının pozulduğunu bildiriblər.
Bundan əlavə, Musayevin işçilər üçün alınmış stulları belə “artıq” hesab edərək toplatdırdığı və növbə ilə bir nəfərin oturmasına icazə verdiyi qeyd olunur.
İşçilərin sözlərinə görə, Məhəmməd Musayev xidmət otaqlarında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin şəkillərinin asılmasını belə qadağan edib. Bu isə kollektiv tərəfindən dövlət rəmzlərinə hörmətsizlik kimi qiymətləndirilir.
Qanunsuz elektrik birləşmələri
Məlumatlara əsasən, “Azərenerji” ASC-nin balansında olan, lakin faktiki olaraq Məhəmməd Musayev tərəfindən idarə edilən keçidlərdə bir sıra obyektlərə qanunsuz elektrik birləşmələri verilib.
Qeyri-qanuni şəkildə elektrik enerjisi ilə təmin olunan keçidlərin siyahısı belədir:
“Beşmərtəbə” yeraltı keçid – 39 mağaza
Milli Bank keçidi – 12 mağaza
Nizami keçidi – 1 mağaza
Targovu keçidi – 1 mağaza
Ağ Şəhər keçidi – 1 köşk
Luna park keçidi – 1 köşk
Ağa Nəmatulla keçidi – 1 mağaza
Heydər Əliyev ASAN xidmət keçidi – 1 köşk
Babək–Azneft keçidi – 1 köşk
Babək–Monte Karlo keçidi – 1 köşk
Olimp keçidi – 3 mağaza
Azadlıq 189 – 1 mağaza
Z. Bünyadov 11 keçidi – 1 mağaza
Aviasiya keçidi – 1 köşk
Rəsulzadə (Araz market yanı) – 1 mağaza
Atatürk 47 keçidi – 1 köşk
Sabunçu keçidi – 2 köşk
Salyan avtovağzal keçidi – 1 köşk
İşçilər bildirirlər ki, bu obyektlərdə elektrik enerjisi Musayevin icazəsi ilə idarənin sayğaclarından qanunsuz şəkildə satılır.
Fəhlələrin maaşlarının kəsilməsi, təhlükəsizlik qaydalarının pozulması, dövlət vəsaitlərinin şəxsi məqsədlərə xərclənməsi, kollektivə qarşı qeyri-insani davranışlar barədə faktların artıq rəsmi araşdırılması zəruridir.
İşçilər ümid edirlər ki, ölkə başçısı cənab İlham Əliyev bu şikayətlərə biganə qalmayacaq və uzun illərdir davam edən bu haqsızlıqlara son qoyulacaq.

























































