Xəbər Lenti
Dünən, 10:00
Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
30-07-2026, 21:59
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
30-07-2026, 10:00
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
29-07-2026, 10:51
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Xərçəng yalnız bədəninizi deyil, ruhunuzu da təsir edir - Vacib xəbərdarlıq
Xərçəng diaqnozu insanın həyatında həm fiziki, həm də emosional baxımdan dərin izlər buraxa bilən çətin bir prosesdir. Mütəxəssislər bildirirlər ki, müalicə zamanı yalnız bədən sağlamlığına diqqət yetirmək kifayət deyil; emosional, zehni və ruhsal dəstək də müalicənin ayrılmaz hissəsi olmalıdır.
Qaynarinfo-nun məlumatına görə, psixoloq Beste Çokaygil qeyd edir ki, xərçəng diaqnozu insanın həyatını birdən-birə dəyişdirir və bu hal dərin psixoloji təsirlər yarada bilər. Onun sözlərinə görə, diaqnozdan sonra bir çox insan ilkin mərhələdə şok, inkar və güclü narahatlıq yaşayır.
"Bu, mümkün deyil" və ya "Niyə məhz mən?” kimi fikirlər təbii reaksiyalardır. Bu dövrdə qeyri-müəyyənlik, qorxu və gələcəklə bağlı narahatlıq yuxusuzluq, gərginlik və əsəbilik kimi simptomlara səbəb ola bilər.
Çokaygil bildirir ki, xərçəngin müalicəsi yalnız bədəni deyil, sosial həyatı və psixoloji tarazlığı da təsir altına alır. Enerji itkisi, maraq azalması, özünə qapanma və uzunmüddətli kədər hallarında mütləq peşəkar psixoloji dəstək alınmalıdır, çünki bu, depressiyanın başlanğıcı ola bilər. O, həmçinin qeyd edir ki, xərçəng müalicəsi nəticəsində yaranan bədən dəyişiklikləri insanın özünüqavrayışına təsir göstərə bilər. Xüsusilə saç tökülməsi, çəki itkisi və ya əməliyyat izləri kimi fiziki dəyişikliklər özünə inamı zəiflədə bilər.
"İnsan öz tanıdığı bədəndən uzaqlaşdığını hiss edə bilər. Lakin unutmamaq lazımdır ki, bu hisslər təbii bir prosesin tərkib hissəsidir. Əsas olan bu duyğuları bastırmadan qəbul etmək və ifadə edə bilməkdir", deyə psixoloq vurğulayır.
Mütəxəssislərin fikrincə, xərçənglə mübarizə dövründə ailə, dost çevrəsi və dəstək qrupları ilə ünsiyyətin qorunması, ruhsal sağalma prosesini sürətləndirir. Peşəkar terapiya isə qorxu və gərginliklə mübarizədə, habelə emosional tarazlığın bərpasında mühüm rol oynayır.
Aydın























































