Menu
Xəbər Lenti
Polis silah-sursat götürdü
13-04-2026, 11:33

Polis silah-sursat götürdü

14 yolda tıxac var - Siyahı
13-04-2026, 11:07

14 yolda tıxac var - Siyahı

Tapdıq Əlibəyli – 65
11-04-2026, 15:50

Tapdıq Əlibəyli – 65

YALAN AYAQ TUTAR, YERİMƏZ
11-04-2026, 14:12

YALAN AYAQ TUTAR, YERİMƏZ

Neftimiz yenə ucuzlaşdı
11-04-2026, 12:43

Neftimiz yenə ucuzlaşdı

24 Oktyabr 2025 12:22Manşet / Gündəm / Siyasət

Bir sıra məhkəmələrə yeni hakimlər təyin edildi - Siyahı

 

Azərbaycanda bir sıra məhkəmələrə yeni hakimlər təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Xəyalə Adil qızı Cəmilova, Zaur Nazim oğlu Hüseynov Bakı Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsindən azad edilərək Ali Məhkəmənin hakimləri təyin olunub.

Həmçinin Bakı, Sumqayıt və Gəncə Apellyasiya məhkəmələrinə hakimlər təyin edilib.

Reklamınızı SmartBee ilə effektiv edin.

Bakı Apellyasiya Məhkəməsinə Həmid Azər oğlu Ağalarov, Fəhmin Zaur oğlu Hümbətov, Vidadi Kamal oğlu Qasımov, Fərid İlham oğlu Mədətli, Günel Arif qızı Sevdimalıyeva, Gəncə Apellyasiya Məhkəməsinə isə Əkrəm Sabir oğlu Qəhrəmanov, Turan Nurulla oğlu Məmmədov hakim təyin olunub.

Eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Adilxan oğlu Xəlilovun vəzifəsinin dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi müzakirə olunaraq təsdiqlənib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Nuranə Daxilqızı