Xəbər Lenti
Bugün, 13:00
Bədən və ruh estetikasının peşəkar wnvanı – Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov
Dünən, 09:38
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
30-01-2026, 14:16
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
30-01-2026, 10:11
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
30-01-2026, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
30-01-2026, 08:55
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
30-01-2026, 08:51
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
30-01-2026, 08:33
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
29-01-2026, 18:39
Magistral yollarda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət: Mübariz Paşayevin rəhbərliyi ilə etibarlı inkişaf xətti
29-01-2026, 18:22
Yol infrastrukturunda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət nümunəsi: Fazil Musayevin rəhbərliyi ilə Bakı yollarında keyfiyyətli xidmət
29-01-2026, 15:16
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
29-01-2026, 12:50
Tərtərin tərəqqi salnaməsi: Dövlətə sədaqət, xalqa xidmət yolunda - Müstəqim Məmmədov
29-01-2026, 11:57
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
Qubadlıya ilk tank kalonu onun rəhbərliyi ilə daxil olub...
"Telman sonuncu dəfə evə 2020-cil sentyabrın 20-də üçgünlük gəlmişdi. O vaxt təlimlər gedirdi. Çox bikef idi. Hətta övladlarına baxıb "Görəsən onlar böyüyəndə necə görünəcəklər?” sualını da verdi. Onun bu sualı ailə üzvlərini təəcübləndirsə kimsə bunun əsl mahiyyətini anlamamışdı. O, evdə hər kəsin üzünə diqqətlə baxırdı. Çox fikirli idi, amma heç nə demirdi. Son gedişində - sentyabrın 22-də hamımızı bərk qucaqlayaraq öpdü. Sonradan başa düşdük ki bu, vida imiş. Sentyabrın 27-si - müharibə başlayanda isə səhər zəng edib dedi ki, narahat olmayın, dua edin, hər şey yaxşı olacaq. Haqq savaşımız zamanı imkan tapdıqca ara-sıra zəng edən Telmanın dilindən bu kəlimələr düşmürmüş”.
Bunu AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan Vətən müharibəsi şəhidi, tank komandiri, gizir Telman Həsənlinin ailə üzvləri deyib.
Bildirilib ki, 44 günlük savaş zamanı hər dəfə ailəsinə toxtaqlıq verən Telmanın zənglərin birində səsi çox pis gəlirmiş. Sən demə o, Cəbrayılda aparılan hərbi əməliyyatların birində yaralanıb, lakin buna baxmayaraq, döyüş tapşırıqlarının icrasına davam edib. Hətta döyüş yoldaşları ilə birlikdə düşmənin iki tankını qənimət kimi götürə bilib. Onlardan birini özü idarə edib. Həmin tanklar düşmənin özünə qarşı istifadə olunub. Qardaşlarından biri ilə telefon danışığında mətnaltı olaraq "Öz maşınımdan ikisini götürmüşəm, işlək vəziyyətdədir” deyib. Telman Vətən müharibəsi zamanı iki tank kolonuna rəhbərlik edirmiş. Qubadlıya ilk tank kolonu onun rəhbərliyi ilə daxil olub. O, qızğın döyüşlər zamanı rayonun Balasoltanlı kəndində şəhid olub.
Son dəfə ailə üzvləri ilə oktyabrın 16-da danışan Telman adəti üzrə hər şeyin qaydasında olduğunu, ondan narahat olmamalarını tapşırıb. İki gün əvvəl etdiyi telefon zəngində isə sizə oktyabrın 18-də onlara şad xəbər verəcəyini bildirib. Telmandan şad xəbər gözləyən ailəsi onun şəhidlik xəbərinə sarsılır. Evin sonbeşiyi əbədiyyət zirvəsinə yüksəlmişdi...
Ailə üzvlərinin sözlərinə görə, Telman əsgərlikdə snayper olduğuna görə, tankla hədəfi dəqiq vurmaq qabiliyyətinə malik imiş. Hətta müharibədən əvvəl iyulda keçirilən təlim vaxtı qoyulan hədəfi tankda dəqiq vurduğu üçün Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi, polkovnik Şükür Həmidov tərəfindən mükafatlandırılmışdı.
Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Telman Rafiq oğlu Həsənli 1998-ci ilin martın 3-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. 2016-cı ildə həqiqi hərbi xidmətə yollanan Telman Vətənə xidmət borcunu ödədikdən sonra 2018-ci ildə "Gizir hazırlığı kursu”na yazılıb. Kursu tank komandiri kimi bitirən Azərbaycan Ordusunun giziri təyinatla Ağstafa rayonunda yerləşən "N” saylı hərbi hissədə fəaliyyətə başlayıb. 2019-cu ildə Beyləqanda yerləşən "N” saylı hərbi hissəyə təyinat alıb. 44 günlük Vətən müharibəsində döyüş yolu Füzuli rayonundan başlayan Telman ardınca Cəbrayıl və Xocavəndin Hadrut qəsəbəsi uğrunda aparılan hərbi əməliyyatlarda fərqlənməyi bacarıb. Qubadlı istiqamətində yollanmaq barədə tapşırıq alan Telman Həsənli rayona ilk girən tank kolonuna rəhbərlik edib. O, oktyabrın 17-də Qubadlının Balasoltanlı kəndində qəhrəmancasına döyüşərək şəhid olub. Oktyabrın 18-də doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Bağbanlar kəndinə torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.























































