Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
Oktyabrın 25-də, Azərbaycan Jurnalistlər Birliyinin (AJB) Masallı rayon təşkilatının yığıncağında təşkilati məsələlər və qarşıda duran vəzifələr müzakirə olunub. Toplantının əsas gündəmini təşkilata yeni sədrin seçilməsi və Birliyin Nizamnaməsindən irəli gələn tapşırıqların yerinə yetirilməsi məsələləri təşkil edib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının və dünyasını dəyişmiş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra AJB üzvlərindən veteran jurnalist Həsənağa Əliyev, yazıçı-publisist Ələşrəf Niftiyev, Əməkdar jurnalist Zakir Abbas, “Qanun” nəşriyyatının əməkdaşı Əyyar Tahirov, “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, şair Rafiq Məmməd və digərləri istər bölgədə, istərsə də ölkə mətbuatında peşəkar jurnalist və yazar kimi tanınan, AJB-nin fəal üzvü, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayevin təşkilata sədr seçilməsini alqışlayıblar. Onlar bu seçimin təşkilatın fəaliyyətinə yeni dinamika verəcəyinə və istedadlı qələm sahiblərinin AJB ətrafında daha sıx birləşəcəyinə əminliklərini ifadə ediblər.
Çıxışlarda sağlam informasiya mühitinin formalaşdırılması, yaradıcı rəqabətin təşviqi və peşəkar jurnalistikanın inkişafında rayon təşkilatlarının mühüm rol oynadığı xüsusi qeyd olunub.
Təşkilatın yeni sədri Akif Ağayev Birliyin qarşısında duran vəzifələrə dair geniş məruzə ilə çıxış edib. O, bölgə mediasının inkişafı, ictimai rəyin formalaşdırılması, eləcə də ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə jurnalistlərin operativ və obyektiv yanaşmasının zəruriliyindən danışıb. Eyni zamanda, jurnalistin peşə etikası və sosial məsuliyyəti prinsiplərinin qorunmasının vacibliyini vurğulayıb.
Tədbir izamanı jurnalistlərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
A.VAQİFOĞLU,
video: Elsevər Əliyev,
foto: Faiq Mirzə.






















































