Xəbər Lenti
Dünən, 12:24
Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
19-06-2026, 17:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 17:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 11:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 18:48
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 16:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
18-06-2026, 14:46
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
17-06-2026, 17:48
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
17-06-2026, 15:00
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
17-06-2026, 14:00
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
17-06-2026, 13:59
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
17-06-2026, 13:38
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Fəzail Ağamalı: Oğluma demişəm ki, partiyanı sənə əmanət edə bilmərəm...
Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının bu gün keçirilən qurultayında qalmaqal yaşanıb. Yeni sədr postuna kimin gətirilməsi məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı yaranıb.
F.Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib.
Qaynarinfo xəbər verir ki, TV Müsavatın canlı efirinə telefonla qatılan F.Ağamalı baş verənlərlə bağlı öz təəssüfünü bildirib. Onun sözlərinə görə, partiyanın 9-cu qurultayında xoşagəlməz hadisələr yaşanıb:
"Bu, həm də mənim üçün ona görə ağırdır ki, problemləri yaradan mənim doğmaca oğlum oldu. Bu barədə söhbət etmək mənim üçün ağırdır. Mən hər zaman ailə dəyərlərinə, övlada xüsusi sevgi ilə yanaşan insanam. Ailə məsələlərində mühafizəkaram. Səbəbini bilmirəm ki, oğlum nədən bu cür aqressiv mövqedə olmaqda davam etdi".
F.Ağamalı oğlunun siyasi fəaliyyəti barədə aşağıdakı kimi dəyərləndirmələr edib:
"Elçinin partiyada fəaliyyəti olmayıb. İnternetdə Elçin Ağamalı adına axtarış verin, "Facebook"da 2024-cü ildən bəri yazılar yazıb. O, mənim müavinim olub, onu siyasi proseslərə hazırlamışam, özümlə ciddi siyasi görüşlərə aparmışam. Bir ata kimi onun həyatı, inkişafı üçün əlimdən gələni etmişəm. Bu partiyada təşkilat məsələlərinə baxıb, partiyanın qərargahı ilə təşkilat arasında əlaqələndirici işlərə nəzarət edib. Lakin o heç zaman açıq şəkildə siyasi mövqeyini ortaya qoymayıb. Gənc vaxtı bəlkə də başa düşüləndir. 2017-ci ildən sonra o, partiyada hətta görmüş olduğu işlərdən də uzaqlaşdı. Mənim deputat seçkilərimdə iştirak edib - övladım kimi. 2020-ci ildə onu otağıma çağırdım və növbəti parlament seçkisində iştirak etməyəcəyimi dedim. Eyni zamanda partiya sədrliyindən də getmək fikrim var deyə ona bildirdim. İmtina etdi. Dedi ki, işlərim və problemlərim çoxdur. Bir neçə dəfə bunu dedim və eyni sözləri eşitdim. Sonra 2020-də Günay Ağamalı partiyada funksioner kimi işləmək istədiyini dedi və mən razılaşdım. Günayın özünün o vaxta qədər kifayət qədər fəallığını görürdüm. İctimai məsələlərdə çox fərqli, düzgün mövqe nümayiş etdirirdi".
Eks deputatın sözlərinə görə, qızı deputatlığa namizədliyini verən kimi oğlunun davranışlarında fərqlər özünü göstərməyə başlayıb: "Günay Ağamalı namizədliyini verəndən sonra Elçin fərqli mövqe tutdu. Dedi ki, partiyaya gəlirəm, sədr olmaq niyyətim var, bu, mənim haqqımdır. Mən də buna normal yanaşırdım. Sonra partiyada təfriqə yaratdı, partiya üzvlərindən öz ətrafına adamlar toplamağa çalışır. Mən buna xəbərdarlıqlarımı etdim ki, bunu yığışdırmaq lazımdır. Mənə dedi ki, partiya sədri olacağam. Mən də dedim ki, bunun üçün qurultay keçirilməlidir. Üstəlik, əlavə etdim ki, uzunmüddətli fəaliyyəti olan bu partiyanı sənə əmanət edə bilmərəm. Çünki sən hərdəmxəyal adamsan, mövqeyində qətiyyətli deyilsən. Sənə nə xeyir edirsə, ona əmək sərf edirsən. Sən siyasətdə yoxsan. Partiyanın funksionerlərindən birisən, səni cəmiyyətdə siyasətçi kimi yox, başqa cür tanıyırlar".
"Elçinin iddiaları başdan-ayağa yalandır" deyən müsahibimizin sözlərinə görə, E.Ağamalının partiyaya sədr gəlməsinə əsla razı ola bilməz:
"O, partiyaya gəlməyə layiq olan adam deyil. O mənim oğlumdur. Oğulla qız arasında fərqi mən qoymuram. İndi baş verənlər bir ata kimi mənim faciəmdir. Bu partiyanı onun ixtiyarına verməyə haqqım yoxdur. Bu partiyanın onun sədrliyinə keçməsindənsə, çox böyük məmnuniyyətlə gələcək biabırçılıqlardan, xoşagəlməz vəziyyətlərdən sığortalanmaq üçün o partiyanın buraxılmasını daha düzgün hesab edirəm. Siyasətdə Elçinin yeri yoxdur. Dediyi sözlərin hamısı yalandır. Ulu öndərimiz haqda indi fikir söyləyir, prezidentimizə tərif söyləyir utanmadan. Bəs siz bu günə qədər onun dövlət, dövlətçilik, milli ideyalarımız haqqında bir yazısına rast gəlmisiniz? Yox. Onun xəyalları xəyal olaraq qalacaq və mən sona qədər mübarizə aparacağam ki, o, partiyanın sədri olmasın".
F.Ağamalı bildirib ki, gələn həftənin ilk iş günündə bu qurultayda baş verənlərin hüquqi müstəvidə araşdırılması üçün əlindən gələni edəcək.





















































