Xəbər Lenti
Dünən, 07:01
Azərbaycanda ödənişli əsaslarla oxuyan bəzi şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək
21-01-2026, 11:31
Arslan Məhərrəmlinin beynəlxalq uğuru: Azərbaycanın elmi zəfəri Orlandodan dünyaya
21-01-2026, 11:17
Səma ilə yüksələn idarəçilik nümunəsi – “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev
21-01-2026, 10:56
İnvaziv Kardioloq Dr. Samir Abbasov – Elmi bilik, peşəkarlıq və insan sağlamlığına həsr olunmuş ömür
21-01-2026, 10:32
Qod Semyonoviç Nisanov – Azərbaycanlı vətənpərvər iş adamının uğur, xeyirxahlıq və dövlətə sədaqət salnaməsi
21-01-2026, 05:08
Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
20-01-2026, 16:50
20 yanvar faciəsinə dünya miqyasında siyasi hüquqi qiymətin verilməsi Ulu Öndərimiz Heydər Əliyevin sayəsində olmuşdur-Könül Nəbizadə
20-01-2026, 16:12
Vətənpərvər iş adamı Fəxrəddin Bəşirov: “20 Yanvar – Qanla yazılan tarix, sönməyən azadlıq məşəli”
20-01-2026, 12:51
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “20 Yanvar – Qanla yazılmış şərəf və qürur salnaməsi”
20-01-2026, 12:51
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “20 Yanvar – Qanlı gecə və azadlıq yolu”
20-01-2026, 10:45
Pərvanə İmamquliyeva: “20 yanvar- Dilində Vətən andı, ruhunda Azadlıq sevdası olanların əziz xatirəsinə...”
20-01-2026, 10:20
Cəsarət və iradədən doğan qəhrəmanlıq dastanı – Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun əziz xatirəsinə hörmət və ehtiramla…
"Qərbi Azərbaycana qayıdış strateji hədəfimizdir" - Partiya sədri
"Belə konfranslar nəticə etibarı ilə Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması məsələsini beynəlxalq müstəviyə çıxaracaq".
Bunu Qaynarinfo-ya açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi" mövzusunda Bakıda keçirilən konfransın əhəmiyyətini şərh edərkən deyib.
"Qərbi Azərbaycana qayıdışla bağlı Bakıda keçirilən konfrans möhtəşəmliyilə yadda qaldı. Panel yığıncaqlarında moderatorlar Azərbaycan vətəndaşları, dəyərli siyasətçi və millət vəkilləri idi. Ancaq çıxışçıların hamısı demək olar ki, beynəlxalq səviyyəli ekspertlər, tanınmış hüquqşünaslar, beynəlxalq münasibətlər üzrə mütəxəssislər idi. Deyərdim ki, ortaya qoyulan məsələ aktual olduğu qədər də, konfransda müzakirələr nəticəsində yetərincə hədəfinə çatdı", deyə Fəzail Ağamalı bildirib.

Partiya sədri ümid edir ki, məsələ həm də beynəlxalq səviyyəyə çıxarılacaq:
"Ermənistan yəqin ki, bu konfransın gedişilə maraqlanacaq. Konfransın səviyyəsini yüksəldən həm də Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciəti oldu. Bu müraciətində Prezident Ermənistanın təcavüzkar siyasəti, uzun illər boyu Azərbaycana qarşı həyata keçirdikləri vəhşiliklər, zorakılığa söykənən deportasiya siyasəti üzərində geniş dayanıb. Eyni zamanda, Prezidentin müraciətində Ermənistan və erməni vandallarının vəhşi hərəkətlərinə yüksək səviyyədə hüquqi-siyasi qiymətin verilməsi də öz əksini tapıb. Prezident həmçinin bu məsələyə Ermənistanın beynəlxalq hüquqa söykənərək hüquqi baxımdan yanaşmasını vacib hesab edib. Eyni zamanda, Ermənistan tərəfindən də məsələnin qəbul edilməsi və onun müzakirəsi gündəliyə gətirildi. Bu cür konfranslar nəticə etibarı ilə Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması məsələsini beynəlxalq müstəviyə çıxaracaq. Bu hədəfə çatmaqda sözügedən konfrans öz müsbət və əhəmiyyətli rolunu oynayacaq".
Qeyd edək ki, dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda II beynəlxalq konfransa start verilib. Tədbirdə 51 ölkədən 102 nümayəndə iştirak edib.
Tədbirdə ilk olaraq Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciəti səsləndirilib. Müraciətdə qeyd edilib ki, Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atılmalıdır.
Rüfət Sultan























































