VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Qərbi Azərbaycan İcması Ermənistanı monoetniklik siyasətindən əl çəkməyə çağırıb
Qərbi Azərbaycan İcması Ermənistanı monoetniklik siyasətindən əl çəkməyə çağırıb.
İcmanın yaydığı bəyanatda Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoyması, Azərbaycana qarşı münaqişə başlatması və regionda özünütəcrid siyasəti nəticəsində ciddi demoqrafik böhranla üzləşdiyi qeyd olunub.
Bildirilib ki, bu günlərdə Ermənistan Cenevrədə demoqrafiya mövzusunda keçirilmiş regional konfransda özünün 2023-40-cı illər üzrə demoqrafiya strategiyasını təqdim edib. Strategiya Ermənistan hökumətinin etnik ayrı-seçkiliyə əsaslanan irqçi siyasətini bir daha sübut edir. Belə ki, strategiyada Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı məsələsi yer almır. Sənəddə repatriasiya bir hüquq və dövlətin təşviq etməli olduğu məqsəd kimi ancaq etnik ermənilərə aid edilir. Ciddi demoqrafik böhranla üzləşmiş bir ölkənin oranın qanuni sakinləri olan əhali qrupunun öz evlərinə qayıdışına etnik mənsubiyyət səbəbindən imkan verməməsi onun irqçi siyasətinin göstəricisidir.
Qərbi Azərbaycan İcması vurğulayıb ki, Ermənistanın demoqrafik problemlərinin həlli regionda sülhün bərqərar edilməsindən və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüquqlarının təmin edilməsindən keçir. İcma Ermənistan hökumətini sülhü seçməyə, monoetniklik siyasətindən əl çəkməyə, etnik müxtəlifliyə əsaslanan birgəyaşayış prinsiplərinə hörmət etməyə və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə qayıdışını təmin etməyə çağırır.























































