Menu
Xəbər Lenti
Qalibin ədaləti...
30-08-2026, 19:31

Qalibin ədaləti...

Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 14:23

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 14:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 17:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 16:55

Bakıda güclü külək əsir

25 Oktyabr 2025 09:42Manşet / Gündəm

Mobil telefonlar bahalaşacaq

 

2026-cı il yanvarın 1-dən etibarən ölkəyə gətirilən mobil telefonların aksiz vergisinə cəlb edilməsi qiymət artımına səbəb olacaq.
Mövzu ilə bağlı danışan iqtisadçı Xalid Kərimli deyir ki, xüsusilə hüquqi şəxslərin gətirdiyi telefonlara aksiz vergisinin hesablanması qiymət artımında əsas rol oynayacaq.
Yeni qaydalara görə, hüquqi şəxslər tərəfindən satış məqsədi ilə ölkəyə idxal edənən mobil cihazlarım hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq.
İqtisadçı hesab edir ki, xaricdən şəxsi istifadə üçün gətirilən telefonlara görə əlavə 100 manat aksiz vergisinin tətbiqi isə qiymətlərə təsir etməyəcək.
O əlavə edib ki, 2026-cı ilin dövlət büdcəsi daha çox qeyri-neft sektorundan daxilolmalara yönəlib. Bu prosesdə isə belə dəyişikliklərin olması gözləniləndir.//Xəzər TV