Xəbər Lenti
Bugün, 09:44
Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
Bugün, 07:22
Heydər Əliyev ideyalarının davamçısı və Azərbaycanın tərəqqisinə həsr olunmuş fəaliyyət – İsmayıl Zalov
Bugün, 07:15
İsmayıl Zalov: “Azərbaycanın Zəfəri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir”
Heç kimin bilmədiyi dünyanın ən ölümcül virusu: Hib nədir?
Heç kimin bilmədiyi dünyanın ən ölümcül virusu: Hib nədir?
1980-ci illərdən əvvəl də poliomielit kimi ciddi təhlükə olan Hib meningiti peyvənd sayəsində unudulub. Lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, hər il dünya miqyasında milyonlarla ciddi Hib hadisəsi qeydə alınır və bəzi regionlarda peyvənd əhatə dairəsi 34%-ə qədər enib. Yeni narahatlıq mənbəyi isə antibiotik davamlılığıdır.
Qaynarinfo xəbər verir ki, çiçək xəstəliyini yer üzündən silən, uşaq iflici pərdələrinə son qoyan peyvəndlər tibb tarixinin ən böyük uğurları sırasında yer alır. Peyvəndlərin qazandığı qələbələr arasında, çoxlarının bilmədiyi və adı daha az çəkilən, 1980-ci illərdən əvvəl uşaqlıq dövrü infeksiyalarının aparıcı səbəblərindən biri olan Hib xəstəliyi də var.
Hib - Haemophilus influenzae tip B adlanan bir bakteriyadan qaynaqlanır. İlk dəfə 1892-ci ildə Riçard Pfüffer tərəfindən müəyyən ediləndə, qripə səbəb olduğu güman edilirdi. Daha sonra məlum olub ki, bu bakteriya qribin ikinci dərəcəli bir infeksiyasıdır. Bu bakteriya sağlam insanların burunlarında zərərsiz şəkildə ola bilir, lakin invaziv bir infeksiyaya çevrildikdə, xüsusilə kiçik uşaqlar üçün vəziyyət sürətlə təhlükəli hala gəlir.
Risk altında olanlar
Hib xəstəliyinin invaziv formaları əsasən uşaqlara təsir etsə də, hadisələrin təxminən 60%-i 12 aydan kiçik körpələrdə müşahidə olunurdu. Anadan plasenta və ana südü yolu ilə alınan antikorlar körpələri bir qədər qorusa da, 6 ilə 11 aylıq körpələr ən riskli qrupu təşkil edirdi.
Hib, peyvənd işlənib hazırlanmamışdan əvvəl uşaqlarda bakterial meningitin ən gen yayılmış səbəbi idi. Yüksək qızdırma, şiddətli baş ağrısı, ənsə sərtliyi və qusma kimi əlamətlərlə gedən bu vəziyyət, ağır hallarda tutmalara və komaya qədər irəliləyə bilirdi. Tibbi müalicəyə və antibiotiklərə çıxışdan asılı olaraq, hadisə ölüm nisbəti 40%-ə qədər çıxa bilirdi.
Xəstəliyi atlatanlar üçün belə təhlükə bitmirdi. Hib meningiti, görmə və eşitmə itkisi kimi ömürlük davam edəcək ciddi ağırlaşma riskləri daşıyırdı. İngiltərədə peyvənddən əvvəl hər il təxminən 1500 Hib hadisəsinin qeydə alındığı və bunun da 900 meningitis hadisəsinə və 60 ölümə səbəb olduğu təxmin edilir. Hib-in səbəb olduğu digər ciddi hallar arasında, boğazda ölümcül şişməyə səbəb olan epiglottit, sətəlcəm və septisemiya (qan zəhərlənməsi) var idi.
Peyvəndin inkişafı və qlobal bərabərsizlik
Hib peyvəndi 1985-ci ildə Amerika Birləşmiş Ştatlarında bazara çıxarıldı və təkmilləşdirilmiş versiyası iki il sonra istifadəyə verildi. Bu peyvəndlər bakteriyanın immun sistemini hərəkətə keçirəcək qədər güclü, lakin xəstəliyə səbəb olmayacaq qədər zəif bir hissəsini ehtiva edir. Bu gün Hib peyvəndi bir çox ölkədə standart körpə peyvəndlənmə proqramının bir hissəsi kimi tətbiq olunur.
Lakin bu həyati qorunmaya çıxış dünya üzrə bərabər deyil. ÜST-ün məlumatlarına görə, hər il dünya miqyasında 3 milyon ciddi Hib xəstəliyi hadisəsi yaşanır. Qlobal peyvənd əhatə dairəsi 78% olaraq qiymətləndirilsə də, ÜST Qərbi Sakit Okean Regionu kimi bəzi yerlərdə bu göstəricinin cəmi 34%-ə çatdığını bildirir.
Bundan əlavə, H. influenzae bakteriyasının antibiotiklərə qarşı davamlı ştammlarının aşkarlanmağa başlaması, peyvənd əhatə dairəsinin yaxşılaşdırılmasını da vacib bir vəzifəyə çevirir. Hib peyvəndi tibb elminin qələbələrindən biri olsa da, qlobal peyvəndləmə səyləri pozulduğu müddətcə sakit bir təhdid olmaqda davam edəcək.
Aydın






















































