Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “Şəhidlərə ehtiram – müqəddəs borc”
Millət vəkili Tahir Mirkişili – “Dövlətə sədaqətin, vətənpərvərliyin və intellektual liderliyin simvolu”
Heydər Əliyev Fondu beynəlxalq aləmdə həm də humanitar fəaliyyəti ilə böyük nüfuza malikdir
“Münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa minnətdarıq” - Hikmət Hacıyev
Xalidə Hicranın sirli dünyası “Hikmət xəzinəsi” nin hikmətlərindən
Təsadüfən OXU24.COM saytında istedadlı yazıçı və şair Nəcibə İLKİNİN dövrümüzün istadadlı canlı klassik şairi Xalidə HİCRAN və onun 4 cildlik “ HİKMƏT XƏZİNƏSİ” kitabı haqqında qeydlərini oxudum. Düzü, çox duyğulandım və sevindim. Duyğulandım ona görə ki, yazı xoşuma gəldi. Çünki belə yazını sevgisiz yazmaq mümkün deyildi. Mən deyərdim ki, bu, yalnız və yalnız Nəcibə İLKİNİN vətən, millət sevgisinin, sənətə, ədəbiyyata, şeirə olan təmiz, pak sevgisinin aydın təzahürüdür ki, Xalidə HİCRAN şəxsiyyəti, onun yaradıcılığı, sənəti, poeziyası haqqında böyük ürək açıqlığı ilə söhbət açır. Sevindim ona görə ki, dəyərlərin, ölçülərin itdiyi indiki zamanda Nəcibə xanım qısqanmadan, çəkinmədən böyük nəciblik göstərərrək belə bir addım atmışdır. Eşq olsun belə sənət adamlartımıza!.. Mən bu cür yüksək mənəvi zəngin dəyərlərə malik ziyalılarımızın varlığından böyük məmnunluq duyur və qürurlanıram. Buna görə də “ DOĞRUXƏBƏR.AZ” saytının rəhbəri Kamal ƏSGƏROVDAN bu yazının paylaşmasını xahiş etdim. Sağ olsun, sözümü yerə salmadı. Deyim ki, Kamal Əsgərov hər zaman, hər vaxt haqqın, ədalətin, doğru sözün yanında olan adamdır.
Nəcibə İLKİN,
Yazıçı, şair- publicist,
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan
Jurnalistlər Birliyinin üzvü.
Prezident mükafatçısı.
Onun sirli dünyasında nələr yoxdur... Sakit, səssiz, fırçalı, qələmli, boyalı dünyasında...Bu dünyanın lirizmi, poetizmi, hikmət dolu xəzinəsi və rəsm əsərləri...Ətir qoxuyan əsrarəngiz söz və fırça gözəlliyi...
Elə bu üç dünya barədə söz açacam...
Qələmindən süzülən boyalı misralar, fırçasında boy atan rəngli dünya ilə elə bir harmonya yaradır ki, ordan baxanda hər şey musiqi rəngində görünür. Sanki orada dünyanın əvəzedilməz mənzərəsi, sirli baxışı tamam başqadır. Orada həyatın rəngi, gülüşü, nəfəsi də başqadır... O rənglərdə həyatın ağ və qara dilimləri gülüşün acı və şirin qəh-qəhələrində nəfəsini çəkmədən inildəyir... Nədir bu iniltilər? Sevgi qədərimi, taleyin acılarımı, haqsızlıq deyilən barışmazlıqmı, yoxsa başına min bir oyunlar gətirilən bir ölkənin vətəndaşı olmaqmı? Bəlkə də hamısı...
Öncə sevgi dünyasına baş vuraq...
O da başqaları kimi dünyaya göz açıb. Başqaları kimi sevdiyi sənətə sahiblənib. Sevdiyi ilə ailə qurub. Gözəl övladları olub... Allahın ona bəxş etdiyi istedad, fəhm deyilən altıncı hissin mükafatına layiq görülüb. Və qələmi ilə şeir dünyasını, fırçası ilə rəsm dünyasını gözəlliklərə qərq edib. Elə bu gözəlliklər içərisində xoşbəxt sənətkar taleyi yaşayıb. Sevə-sevə əlinə aldığı qələmi, fırçanı sevgi dünyasının aliliyində taleyinin açarı, bəxtinin taxtı edib. Dəlicəsinə sevdiyi Hicranı ilə birlikdə...Lakin Hicranı ona vəfasız çıxıb. Dünyanı bəzəyən heykəltaraşlıq sənəti ilə məşhurlaşdığı bir vaxtda dəli sevgisinə əlvida deyib, öz dünyasına qovuşub. Bu cismi ayrılıq Xalidəsini divanə edir. Onun ayrılığına dözə bilməyən Xalidə xanım, sevimli Hicran adını özünə ləqəb seçir. Özüylə birgə yaşadır. Çünki onun vəfasız ölümünə inanmaq istəmir...
Qaranlıqda əlimdə şam,
Axtarmaqdan yorulmuşam.
Sənli günə həsrət qaldım,
Deyəsən, unudulmuşam.
Xalidə xanım həyat yoldaşı ilə birlikdə uzun müddət xaricdə yaşayıb. Yaşadığı müddətdə onlar çox böyük sənət əsərləri yaradıblar. Hicran Seyidovun bir heykəltaraş kimi yaratdığı 20 metr hündürlükdə heykəlləri Ərəbistanın ən gözəl yerlərində yaradılmaqla turistlərin və yerli əhalinin marağına səbəb olub. Yaratdığı rəsm əsərlərinin, karikaturalarının, rəngkarlıq işlərnin Yaponiyada, Meksikada, Sinqapurda, Amerikada dəfələrlə sərgisi keçirilib. Onu da qeyd edim ki, bu sərgilərdə Xalidə xanımın da rəsm sərələri yer alıb və çox sevilib. Bir sözlə Hicran Seyidov rəssam-heykəltaraş kimi çoxlu hörmət və sevgi qazanıb. Ruhu şad olsun.
Hər iki cütlüyün yaratdığı sənət əsərlərindən biri dünyada ən böyük sayılan “Qobalen” əsəridir. Bu kətan üzərində xalça formasında hazırlanmış böyük zəhmət tələb edən on il müddətinə başa gələn əsərdir. Əsərin adı “Mənim Azərbaycanım” dır. Əsərin ölçüsü 10m-15m dir, çəkisi isə 600 kq-dan ağırdır. Dədə Qorquddan tutmuş Səməd Vurğuna qədər 33 klassik ədiblərimizin rəsmləri yer alıb bu əsərdə.
Qobalendə ədəbi irsimizin əbədiliyi xüsusi olaraq nəzərə çarpır. Xarici ölkədən bizim ölkəyə çox çətinliklə gətrilən əsəri Sumqayıt şəhəri Kimyaçılar zavodu alır. Ölkə Prezidentimiz İlham Əliyev cənabları da həmin əsəri ziyarət edib və xoş sözlərini söyləyib. Hal-hazırda həmin xalça zavodda qorunub saxlanılır. Təkcə prezidentmizin deyil, eləcə də turistlərin marağına səbəb olan bu əsər tez-tez ziyarət olunur.
Əslində qəriblikdə yaşayan cütlük öz sevgilərini Vətən sevgisiylə birləşdirməklə, sevginin böyüklüyünü, əzəmətini yaradıblar bu möhtəşəm əsərdə.
Çox keçmir ki, Xalidə xanım mərhum yoldaşı Hicran Seyidovun rəssam yaradıcılığını əks etdirən nəfis şəkildə kitab hazırlayır. Bu, onun şəxsiyyətinə, sənətinə böyük hörmət əlaməti olaraq yarımçıq qalmış arzularının davamı və xatirəsi kimi həyata keçirilir. Bəli, Xalidə xanım sənətinə və sevgisinə sadiqliyini yaşaya-yaşaya beləcə ömür sürür. Sədaqətilə, etibarıyla...
Sən dön mənə, doyunca
O gözlərə bir baxım.
Barmağına üzük yox,
Qəlbinə nişan taxım.
***
Ürəyində Hicran adlı yükünü şeirlərində dilə gətirən şair:
Sən yoxkən bir ömrü sənlə bir yaşayıram,
Hicranın hicranını, özümlə daşıyıram.
-deməklə onun ağır yükünü çiyinlərində fədakarıla daşıyır. Dəlicəsinə sevdiyin bir insanı itirmək qadın üçün nə qədər ağır olduğunu duymaq çox da çətin deyil. Və bu ağrıları misra-misra ağlayan, söz-söz dilə gətirən Xalidə xanım şeirlərində bülbül kimi fəğana dönür. Çəkinmədən deyərdim ki, mən Xalidə xanımın simasında zəmanəmizin Leylisini, Nigarını, Həcərini, Əslisini yenidən kəşf etmişəm. Onun obraz kimi deyil, həqiqi olduğunu təqdim edirəm. Bunu özü də misralarında Hicranın hicranına bürünüb ahu-zar etməklə təsdiq edir:
Əsli, Leylilərin də
Bilərsən doğrusunu.
Xalidənin yanında
Bir yalan olduğunu.
***
Səninlə olardı gecəm-gündüzüm,
Gecəyə dönübdür neçə səhərim.
İndi bilmirəm ki, vaxt, zaman nədir,
Səhərlər gecəmdir, gecə səhərim.
Xalidə xanımı oxuduqca sevgiyə, eşqə inamın artır və bu dünyanı unudaraq, sevdiyin bir aləmə, gənclik illərinə, sevginin bakirə hisslərinə dönürsən. Bir anlıq o illərin acısını, şirinliyini badə kimi başına qaldırırsan. Bu hislərdə nə qədər təmizlik, saflıq olduğunu bir anda duyursan. Qəribə orasıdır ki, Xalidə xanım bu sevgini uşaq anadan necə doğulubsa bax, onu elə körpə, məsum saxlayır.
Onun sevgisində bir süjet xətti var, Hicranına hicran dərdi, həsrətinə qovuşmaq arzusu...
Leylinin kasıb daxmanın müşənbə işığında sevgi dərdlərinin saralmış səhifələrini vərəqlədiyi kimi Xalidə Hicran da dəli sevgisinin həsrətini gözlərinin çəkdiyi yollarda vərəqləyir. Hər varağında qəm dolu ömrünü şam kimi əridir.
Kim deyir bəla deyil? -Eşq üzücü bir bəla,
Sevdaya düşən könlüm bəla oldu başıma.
Leylini xəstə etdi, Məcnun düşdü səhraya,
Eşq dəryasına düşdüm, hicran çıxdı qarşıma.
Burda dahi Füzulimizin bir beyti yadıma düşür:
Mən də Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var.
Leyli-Məcnun obrazlılığı sevgi-məhəbbət dadının şirinliyi duyulur hər misrada. Hər kəs elə bilir ki, onun kimi heç kəs sevə bilməz. Əslində hər kəsin öz sevgisi elə Leyli- Məcnun qədərdir. Bunu sevən aşiqlərin əməlində görə bilirsən. Sevmək o deyil ki, Məcnun kimi səhraya düşəsən. Sevmək sadiq olmaq, etibarını itirməmək, o sevgini olduğu kimi yaşatmaqdır. Elə Xalidə xanım kimi...
Xalidə Hicran bu sevda əzablarını Allahın bir yazısı, qisməti bilib, özüylə üsyan etmir. Taleyi ilə barışsa da, içindəki sınıqlıq, qəlb ağrıları bir yük kimi çiyinlərindən asılan şair, özü dünyasında onun yaşadıqlarını yaşatmağa üstünlük verir. Sanki, şeirlərində, rəsm əsərlərində aşiqliyin etbiar, inam mizanını qurur. Bu əsl aşiqliyin, əsl sevginin təzahürüdür ki, onu hər qadın bu qədər təmiz yaşayıb, qəlbində sevgisinə abidə qura bilməz. Elə bir abidə ki, dağılmaz, silinməz...
Şair üçün sevgi həyatın mənası, qəlbinin özəlliyidir. Bu özəlliklərdən ilham alan şair eşqinin müqəddəsliyini qələminin mürəkkəbi edir. Eşqinin qanına boyanan qələm ürəyinin titrəyişindən vəcdə gələrək onu sevginin çalarlarında rəngləyir, qəlbinin aynasında saflaşdırır. Belə bir misal var:- Gözəl görən gözəl düşünür, gözəl düşünən həyatdan zövq alır. Məhz rəssam gözləriylə, şair duyğularıyla həyati gözəllikləri dərindən duyaraq gözəl düşünən poeziyanın bəsirət gözlü şairi Xalidə xanım acı hisslərimizə sığal çəkir:
Tale bəd əlini çəkmədi nədən?
Sevdalı yaşadı bu cansız bədən.
Yardı ürəyimi sənsizlik dərdi,
Gözlərim göməyir nə göyü, yeri,
Yaralı ürəklə dönürəm geri.
Unudlumaz sevginin, unudulmaz anlarını hər an xəyallarında canlandıran şair, təkcə xəyal aləmində özünə yuva qurmur. Özünü orda rahat hiss etsə də, söz və fırça dünyasıda özünü tapmağa çalışır. Və tapdıqca da ilahi eşqin ilahi nemətinə şükranlıq edib onu yaşatmağa çalışır. Bağrını deşən eşqin girdabında hər an bulunan, gözlərinin qarasını əridib ağıyla bu eşqin yollarına gözünü dikən harayını, hər an eşitmək olur. Onun həmdəmi gecələr Ay-ulduzlar, gündüz isə yalnız xəyalları və fırçalı sözü. Bu xəyalların içərisində öz sevgisini tapan, onunla dərdləşən və həsrətinin alovunu yalnız bu gileylərdə unutmağa çalışan Xalidə xanım qəlbinin sakitləşməsi üçün yuxularına yan alır, ayrılıq yollarında bir haraya dönür:
Yanardı bağrının başı eşq ilə,
Hardasan, nə olar, bir üzümə gül!
Xəyallar aləmi sənindir, amma,
Ayrılıq yolları, əngəldir, əngəl,
Xəyaldan özünə bir cığır tap, gəl.
Heyranlıqla onun sevgi dünyasını seyr etməkdən doymuram. Rus yazıçısı Yuri Lermantov yazırdı: - Qadınların göz yaşları onların həm hücumu, həm də müdafiə silahıdır. Qələmi ruhunun tələbində dayanan və saf eşqisinin sevdalısı olan şair romantik duyğularını dilə gətirməklə oxucu qarşısında sevgisinə inam və etibarlı şəkildə sanki imtahan verir. Üzü ağ, alnı açıq. Bu isə bugünkü və gələcək nəsillərimizə bir örnək və bir sadiqlik məktəbdidir, desəm yanılmaram. Xalidə Hicranın ikinci dünyası olan hikmət dolu xəzinəsində söz tamam başqalaşır, rəngli olur, fərqli olur...
Sözün çalarları min rəngdə bərq vurur. Sözdə fikir, düşüncə insan mənəviyyatının ruhsal aləmində özünə yer edir.
“Hikmət xəzinəsi” adlı 4 cildlik kitabına səyahət etdikcə, onun sanki Nizami dünyasına baş vururam. Hər kəlməsində Allaha inam və sevgi, insanlığa sədaqət, sözə ehtiram duyulan bu misralar sanki bir insanlıq abidəsidir. Bəlkə də ilhahi eşqdən yoğrulan bir sənət əsəridir. İnsani hisslərin aliliyində yer alan fikir və düşüncələr duyğuların həyat realizəsində, genişliyi və özündərkin bədii obrazını yaradır:
Bu həyat dərsini verir kainat,
Deyir torpağa da bircə toxum at.
***
Düşünmə qəmlərdən olasan azad,
Qəmlə də könüllər olurmuş ab
Xalidə Hicran həyat ruhu ilə insanın daxili dünyasının münasibətində həyat sevgisini, yaxud duyğusal həyatın gərəkliyini təhlil edir. Həyata inam hissini çoxaltmaqla düşüncənin könül baxışını üzə çıxardır. İnsan qayğılarının, həyat nisgillərinin insani münasibətlərinə aydınlıq gətirir. Həyat hikmətinin qəlblərə daşınmasının bəşəri dəyərinə dəyər qatır. Bu isə bir şair ruhunun, şair könlünün ilahi kökünə bağlıdır. Onun hər kəlməsində ruhsallığın sözlə qəlb arasındakı əbədiyaşarlığı aydın görünür:
Ürəklə yaxınlaşsan pələng ilə vuruşa,
Pələng məğlub olacaq, ürəyin gəlsə cuşa.
***
Yamaqlısa corabın, o deyildir ayıbın,
İsmətini itirsən, gedəcəkdir ayıbın.
***
Daşın əgər ağırsa, demək ağlın ağırdır,
Ağıldan yüngüllərin daşları da fağırdır.
***
Sözün ki var mənası, varıdır zərxarası,
Mənasız olan sözün de, gözəldir harası.
Ardı gələn sayımızda...