Səma ilə yüksələn idarəçilik nümunəsi – “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev
İnvaziv Kardioloq Dr. Samir Abbasov – Elmi bilik, peşəkarlıq və insan sağlamlığına həsr olunmuş ömür
Qod Semyonoviç Nisanov – Azərbaycanlı vətənpərvər iş adamının uğur, xeyirxahlıq və dövlətə sədaqət salnaməsi
Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
Vətənpərvər iş adamı Fəxrəddin Bəşirov: “20 Yanvar – Qanla yazılan tarix, sönməyən azadlıq məşəli”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “20 Yanvar – Qanlı gecə və azadlıq yolu”
Pərvanə İmamquliyeva: “20 yanvar- Dilində Vətən andı, ruhunda Azadlıq sevdası olanların əziz xatirəsinə...”
Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 20 Yanvar – Milli yaddaşın sarsılmaz sütunu
20 Yanvar faciəsi – Ulu Öndərin qəti mövqeyi və Müzəffər Liderin davam etdirdiyi azadlıq yolu
"Stimul Hospitalı"nın rəhbəri Bəxtiyar Ələkbərli: 20 Yanvar faciəsi – Azadlıq yolunda qanla yazılan tarix
Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Talıbov: 20 Yanvar – Azadlıq və dövlətçilik dərsi
İş adamı Cəbrayıl Cəbrayılov: 20 Yanvar – Qanla yazılan tarix, azadlıqla taclanan yaddaş
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov: 20 Yanvar – Millətin sınağı, azadlığın doğulduğu gün
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 20 Yanvar – Qanla yazılmış tarix, qürurla yaşayan xatirə
Taleh Məmmədov: Ulu Öndər Heydər Əliyevin 20 Yanvara verdiyi tarixi-siyasi qiymət. Milli qürurun və dövlətçilik düşüncəsinin təcəssümü
Millət vəkili Tahir Mirkişili – “Dövlətə sədaqətin, vətənpərvərliyin və intellektual liderliyin simvolu”
Azərbaycanın siyasi həyatında nüfuzlu, prinsipial və dərin zəkası ilə seçilən simalardan biri də Milli Məclisin deputatı Tahir Mirkişilidir. O, uzun illərdir ki, həm elmi fəaliyyətində, həm ictimai-siyasi mühitdə, həm də parlamentdə göstərdiyi fəaliyyətlə cəmiyyətin hörmət və rəğbətini qazanmışdır. Tahir Mirkişili Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, iqtisadiyyatımızın inkişafı, vətəndaşların sosial rifahının yüksəldilməsi və milli maraqların qorunması istiqamətində ardıcıl fəaliyyət göstərən, dövlətə və xalqa sədaqəti ilə seçilən millət vəkildir.
Tahir Mirkişili ali təhsilini uğurla başa vurduqdan sonr aiqtisadiyyat və idarəetmə sahəsində dərin biliklər qazanmış, elmi araşdırmaları və məqalələriilə diqqət çəkmişdir. Onun iqtisadi siyasət, bazar mexanizmləri, dövlət idarəetməsi və qlobal iqtisadi çağırışlarla bağlı təhlilləri yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də maraqla izlənilmişdir. O, nəzəri biliklərlə yanaşı, praktiki təcrübəsini də daim inkişaf etdirərək Azərbaycanın sosial-iqtisadi inkişaf modelinə töhfə vermişdir.
Elm adamı kimi Tahir Mirkişilinin əsas prinsiplərindən biri həmişə obyektivlik, dəqiqlik və əsaslandırılmış nəticələrə söykənmək olmuşdur. Məhz bu keyfiyyətlər onun siyasi fəaliyyətində də özünü aydın şəkildə göstərir.
Milli Məclisdə fəaliyyət göstərən Tahir Mirkişili, xüsusilə iqtisadi siyasət və sosial rifah məsələlərində fəal çıxışları ilə tanınır. O, müzakirələrdə hər zaman arqumentli, əsaslı mövqe sərgiləyir, təklif etdiyi ideyalar real vəziyyətə uyğunluğu ilə seçilir. Onun çıxışlarında bir tərəfdən dövlətin maraqları, digər tərəfdən isə vətəndaşların gündəlik həyatda üzləşdiyi problemlər balanslı şəkildə əks olunur.
Parlamentdə qəbul edilən qanunların təkmilləşdirilməsi, yeni sosial-iqtisadi islahatların dəstəklənməsi və xalqın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Tahir Mirkişilinin fəaliyyəti xüsusilə diqqət çəkir. O, hər bir qanun layihəsinə sadəcə hüquqi sənəd kimi deyil, insanların taleyinə təsir edən vacib qərar kimi yanaşır.
Tahir Mirkişili daim Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyən, onun ətrafında sıx birləşən ictimai-siyasi xadimlərdəndir. O, yaxşı anlayır ki, Azərbaycanın gələcək inkişafı, bölgədə və dünyada mövqelərinin güclənməsi, xalqın rifahının təmin olunması Prezidentin müəyyən etdiyi strateji xəttin ardıcıl davam etdirilməsindən keçir. Bu baxımdan, Tahir Mirkişili öz fəaliyyəti ilə dövlət kursunun uğurlu icrasına töhfə verir, təşəbbüsləri ilə dəstək olur.
Onun siyasi mövqeyində dövlətçilik ən yüksək dəyər kimi dayanır. O, bütün hallarda dövlətin maraqlarını şəxsi maraqlardan üstün tutur, xalqın etimadını doğruldur.
Millət vəkili Tahir Mirkişili yalnız iqtisadi-siyasi məsələlərlə deyil, həm də sosial problemlərin həlli ilə yaxından maraqlanır. O, seçiciləri ilə mütəmadi görüşlər keçirir, onların qayğılarını dinləyir, mövcud problemlərin həlli üçün aidiyyəti qurumlarla əlaqə yaradır. Seçicilərin müraciətlərinə laqeyd yanaşmayan, onların səsini dövlət strukturlarına çatdıran millət vəkili kimi böyük hörmət qazanıb.
Xüsusilə şəhid ailələri, müharibə veteranları və sosial cəhətdən həssas təbəqələrə göstərdiyi diqqət və qayğı onun humanist xarakterinin bariz nümunəsidir. Tahir Mirkişili daim vurğulayır ki, xalqın rifahı olmadan güclü dövlət qurmaq mümkün deyil.
Tahir Mirkişili Azərbaycan gəncləri üçün bir nümunədir. Onun intellekti, peşəkarlığı, dövlətə sədaqəti və vətənpərvərlik mövqeyi gənclərin doğru istiqamətdə formalaşmasına xidmət edir. O, daim gənclərin dövlətçilik ənənələrinə sadiq, müasir bilik və bacarıqlara yiyələnmiş kadrlar kimi yetişməsini dəstəkləyir.
Onun fəaliyyəti bir daha sübut edir ki, elm, savad və səmimi vətəndaşlıq mövqeyi ilə dövlətin inkişafına sanballı töhfələr vermək mümkündür. Gənclərə dəstək olmaq, onların ideyalarına hörmətlə yanaşmaq Tahir Mirkişilinin həyat və fəaliyyət prinsiplərinin əsas xəttini təşkil edir.
Tahir Mirkişili beynəlxalq tədbirlərdə də fəal mövqeyi ilə seçilir. O, Azərbaycanın iqtisadi inkişaf modelini, sosial islahatlarını və Qarabağ həqiqətlərini beynəlxalq auditoriyaya çatdırmaqda mühüm rol oynayır. Onun çıxışları və məqalələri beynəlxalq müstəvidə Azərbaycanın mövqelərinin güclənməsinə xidmət edir.
Bu fəaliyyətində onun həm iqtisadçı alim, həm də siyasi xadim kimi təcrübəsi mühüm üstünlük qazandırır.
Tahir Mirkişilinin fəaliyyətinin əsas fəlsəfəsi xalqa xidmət üzərində qurulub. O, dəfələrlə qeyd etmişdir ki, millət vəkili olmaq sadəcə bir status deyil, böyük məsuliyyət, xalq qarşısında verilən and deməkdir. Bu andı şərəflə yerinə yetirmək, hər bir addımda insanların etimadını doğrultmaq isə onun üçün həyat amalına çevrilib.
Milli Məclisin deputatı Tahir Mirkişili Azərbaycan cəmiyyətində dövlətə sədaqətin, peşəkarlığın və intellektual liderliyin rəmzi kimi qəbul edilir. Onun fəaliyyəti yalnız parlament divarları ilə məhdudlaşmır, hər bir vətəndaşın həyatına toxunur, onların rifahı üçün xidmət göstərir. O, həm alim, həm ictimai-siyasi xadim, həm də millət vəkili kimi Azərbaycan dövlətçiliyinə böyük töhfələr verir.
Tahir Mirkişili haqqında deyilənləri bir cümlə ilə ifadə etsək: O, dövlətə sədaqətin, vətənə sevginin və xalqa xidmətin canlı nümunəsidir.
Mehri Nur






















































