Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
6G-ni dəstəkləyən telefonlar bu tarixdə istifadədə olacaq
Amerikanın “Qualcomm” şirkəti yeni nəsil mobil rabitənin inkişafı üçün vaxt cədvəlini açıqlayıb. Baş direktor Kriştianu Amon “Snapdragon Summit 2025”də 6G-ni dəstəkləyən ilkin cihazların 2028-ci ildə istifadədə ola biləcəyini bəyan edib.
“Qafqazinfo” xarici KİV-ə xəbər verir ki, yeni texnologiya məlumatların yükləmə sürətinin artırılması ilə məhdudlaşmır.
Amonun sözlərinə görə, 6G sensor məlumatlarının qavranması və emal edilməsi üçün intellektə malik bir şəbəkə olacaq, eləcə də, bulud sistemləri ilə kənar cihazlar arasında əlaqə kimi dizayn ediləcək. Smartfonlar istifadəçinin ətrafında baş verənləri təhlil etmək və ona reaksiya vermək qabiliyyətinə malik infrastrukturun bir hissəsinə çevriləcək.
6G standartı rabitə və sensor texnologiyalarının funksiyalarını birləşdirəcək. Telefonlardan və mobil rabitə qüllələrindən gələn siqnallar ətraf ərazinin xəritələrinin yaradılması üçün radar kimi istifadə oluna biləcək. Bu, bağlı yerlərdə dəqiq naviqasiya, jestlərin tanınması və şəhər infrastrukturunun təkmilləşdirilməsi üçün imkanlar yaradacaq.























































