Xəbər Lenti
Dünən, 16:53
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
29-09-2026, 18:40
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
29-09-2026, 18:13
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
28-09-2026, 13:31
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
28-09-2026, 10:49
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
27-09-2026, 21:05
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
09 Mart 2022 14:34Manşet / İqtisadiyyat
“Nar” ardıcıl üçüncü il Müştəri Loyallığı İndeksində lider oldu
2021-ci ilin Müştəri Loyallığı İndeksi nəticələrinə görə mobil operatorlar arasında “Nar” ən yüksək nəticə göstərərək birinciliyini qoruyub. Ötən illə müqayisədə “Nar”ın Müştəri Loyallığı İndeksi 2021-ci ildə 50% yüksəlib. “Nar” 2019-cu ildən etibarən Müştəri Loyallığı İndeksi üzrə yerli mobil rabitə bazarının lideridir.
Şirkətin Baş İcraçı Direktoru Qunnar Panke əldə olunan nəticədən dolayı qürur duyduğunu bildirir. ““Nar” olaraq bütün fəaliyyətimizi son nəticədə müştərilərimizin rahatlığına fayda verəcək şəkildə qurmuşuq. İstər yeni məhsullar hazırlayarkən, istərsə də mövcud xidmətləri təkmilləşdirərkən abunəçilərimizin rəylərini öyrənirik və tətbiq edirik. Bu liderliyi Azərbaycan kimi rəqabətcil rabitə bazarında 3 il boyunca saxlaya bilmək bizim üçün çox böyük uğurdur.”
“Nar”ın sərfəli təklifləri, mobil internet xidmətlətinin keyfiyyəti və müştəri xidmətlərinin üstünlüyü Müştəri Loyallığı İndeksini üzrə lider mövqeyinin qorunub saxlanmasının əsas faktorları olub. “Nar” mağazalarının yenilənərək müştərilər üçün daha rahat xidmət şəraitinin yaradılması, “Nar+” tətbiqinin təkmilləşdirilməsi ilə abunəçilərin balanslarına daha asan nəzarət etməsi və həmçinin davamlı gücləndirilən mobil şəbəkə mobil opeartorun müştəriyönümlülük strategiyası çərçivəsində həyata keçirilir. Mobil operatorun müştəriyönümlülüyü özünün əsas iş istiqaməti kimi müəyyən etməsi abunəçilərin razılığının məhz bu yöndə xüsusi seçilməsinə səbəb olub.
Qeyd etmək lazımdır ki, Müştəri Loyallığı İndeksinin (Net Promoter Score – NPS) müəyyən edilməsi mobil operatordan asılı olmayan, müstəqil qurumlar tərəfindən beynəlxalq təhlil standartlarına uyğun sorğular əsasında aparılır. Bir qayda olaraq, sorğuda iştirak edənlər istifadə etdikləri xidməti yaxınlarına, dostlarına, qohumlarına məsləhət görərdilərmi sualına 10 ballıq qiymətləndirmə ilə cavab verirlər.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.






















































