Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Dələduzluqla mənimsənilən 500 milyon süni intellektlə geri qaytarıldı
Böyük Britaniya hökuməti son bir il ərzində dələduzluqla mübarizə üçün yaradılmış yeni süni intellekt alətinin köməyi ilə təxminən 500 milyon funt sterlinq vəsaitin geri qaytarıldığını açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, geri alınan məbləğin üçdə birindən çoxu COVID-19 pandemiyası dövründə baş vermiş dələduzluqlarla bağlıdır.
Digər hissə isə saxta bələdiyyə vergisi iddialarından və sosial evlərin qanunsuz kirayəyə verilməsindən qaynaqlanıb.
Bir il ərzində geri qaytarılan ən böyük vəsait olan bu məbləğ müxtəlif dövlət qurumlarının məlumatlarının müqayisəsi və yeni süni intellekt alətindən istifadə nəticəsində əldə edilib. Rəsmi açıqlamaya görə, geri alınan pullar tibb bacılarının, müəllimlərin və polis əməkdaşlarının işə qəbulu üçün yönləndiriləcək.
Ümumi məbləğin 186 milyon funt sterlinqi COVID dələduzluqları ilə bağlı olub. Lakin bu rəqəm Leyboristlərin pandemiya dövründə itkin düşdüyünü bildirdiyi ümumi vəsaitin yalnız kiçik bir hissəsini təşkil edir.























































