TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
Aldım bir dənə, faydası min dənə...
Qırmızı rəngi ilə seçilən nar güclü antioksidant mənbəyidir. Son araşdırmalar narın zəngin tərkibi olduğunu təsdiqləyir. İnsanı xərçəngdən tutmuş qan təzyiqinə qədər bir çox xəstəliklərdən qoruyur.
“Qafqazinfo” narın faydalarını təqdim edir.
Narın tərkibində ən çox kalsium, kalium və dəmir mineralları var. Bundan əlavə, A, C, K və B vitaminləri ilə zəngin bir meyvədir.
Araşdırmalar göstərir ki, nar və nar şirəsi yaşıl çaydan üç dəfə çox antioksidant aktivliyə malikdir. Bu antioksidanlar stress, qidalanma və ətraf mühitdəki mənfi şərtlərin bədənimizə vurduğu zərərin qarşısını alır.
Xroniki iltihab ürək-damar xəstəliklərindən Alzheimerə, xərçəngdən 2-ci tip diabetə qədər bir çox xəstəliyin xəbərçisidir. Nar, əsasən antioksidan xüsusiyyətləri sayəsində iltihab əleyhinə təsir göstərir. Narın müntəzəm istifadəsi bədənimizdəki iltihabı azaltmağa kömək edir.
Narın tərkibindəki antioksidant maddələr xərçəng hüceyrələrinin əmələ gəlməsi prosesini ləngidə və ya dayandıra bilər. Xüsusilə döş, kolon və prostat xərçənginin əmələ gəlməsinin qarşısının alınması ilə bağlı müsbət nəticələr göstərən tədqiqatlar var.
Kaliforniya Universitetində aparılan bir araşdırmada, 4 həftə boyunca nizamlı olaraq nar/nar şirəsi istehlak edən insanların şifahi-vizual yaddaş tapşırıqlarını daha yaxşı yerinə yetirdiyi və yaddaşla bağlı testlərdə daha müvəffəqiyyətli olduğu görülüb.
Tərkibindəki antioksidantlar və urolitin A adlı komponent sayəsində bədənimiz əzələləri mümkün zərərlərdən daha asan qoruya bilir. Bu, həm bədəndə, həm də dəridə qocalmanı gecikdirir.
Nar qızdırmanı və yorğunluğu aradan qaldırır, bədənə enerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir.
Qeyd edək ki, nar şirəsi mədə ağrıları, başağrısı, hipertoniya, öskürək, isitmə, soyuqdəymə və s. xəstəliklərin müalicəsində geniş istifadə edilir.























































