“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Beş yaşlı uşağa süni ürək qoyuldu
Çinin Ciansu əyalətində həkimlər ürək çatışmazlığının son mərhələsində olan beş yaşlı uşağa süni ürəyi uğurla implantasiya ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu, dünya tibb tarixinə yaşda ən aşağı, çəkidə ən yüngül xəstəyə süni ürək implantasiyası əməliyyatı kimi düşüb.
Doqquz saat davam edən əməliyyat avqustun 20-də əyalətin paytaxtı Nankin şəhərindəki Tibb Universitetinin uşaq xəstəxanasında aparılıb. Çəkisi 13 kiloqram olan uşağa 3 il əvvəl nadir və ağır xəstəlik olan restriktiv kardiomiopatiya diaqnozu qoyulub.
Onun vəziyyəti iyul ayında kəskin şəkildə pisləşib, nəticədə həyatı üçün təhlükə yaranıb. Tibb qrupu bu yaşda uşaqlar üçün donor ürək çatışmazlığını nəzərə alaraq, transplantasiya üçün körpü kimi iki mədəcikli süni ürək implantını seçib.
Uşaq əməliyyatdan cəmi bir həftə sonra normal qidalanmağa başlayıb və qısa məsafələr qət edə bilib.























































