Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
“Əlimyandı”da ucuz satdığınız əmlakınızı - Geri ala bilərsiniz
Əlinin (ad şərtidir) pula ehtiyacı olduğu üçün bazar dəyəri 100 min manat olan mənzilini təcili olaraq 95 min manata satışa çıxarır. Alıcılar isə evin təcili satışa çıxarıldığını bildikləri üçün evə 85 min manat, hətta bundan da aşağı qiymət təklif edirlər. Çarəsiz qalan Əli məcbur olub mənzilini 85 min manat təklif edən şəxsə satmalı olur.
“Qafqazinfo”nun məlumatına görə, belə hadisələrlə tez-tez qarşılaşmaq olur. Təcrübə onu göstərir ki, istər ticarətdə, istərsə də digər sahələrdə ehtiyacların təcili qarşılanması zərurəti tərəflərdən birini əlverişsiz şərtlərlə qarşı-qarşıya qoyur. Söhbət ondan gedir ki, tələbatın təcili olması qarşı tərəf üçün fürsətə, bir çox hallarda sui-istifadəyə çevrilir. Nəticədə tərəflərdən birinin xeyli itkisi digərinə böyük qazanc yaradır.
Maraqlıdır, bəs qanunvericilik bu barədə nə deyir? Sözügedən məsələdə haqlı olan kimdir?

Əvvəlcə ondan başlayaq ki, Mülki Məcəllənin 4-ü bölməsi əqdlər barədədir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilə əqdin bir növüdür.
Mülki Məcəllənin 339.1-ci maddəsinə görə, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
Həmçinin Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. (Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.
.jpg)
Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında bildirilib ki, qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanı verir. Bu halda əqd məhz zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
Əqd etibarsız olduqda (müəyyən istisnalar xaric) tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir.
Beləliklə, Əli də mənzili ilə bağlı özü üçün əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu müqaviləni qarşı tərəfi məlumatlandırmaqla mübahisələndirə bilər. Qarşı tərəf bununla razılaşmadığı halda isə Əlinin məhkəmədə iddia qaldırması mübahisəni həll etmək imkanı verir. Müqavilə etibarsız olduqdan sonra Əli pulu qaytarıb mənzilini geri ala biləcək.
Ceyhun Həmid





















































