Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Sosial şəbəkələrdə sürətlə yayılan möcüzəvi reseptlər diqqət çəkir. Bir neçə günə arıqladan, bütün xəstəlikləri sağaldan, dərmansız müalicə vəd edən bu videoların arxasında isə çox vaxt süni intellekt dayanır.
Sehiyye.info xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Artıq texnologiya o qədər inkişaf edib ki, süni intellekt vasitəsilə hazırlanan videolar real həkim məsləhəti təsiri bağışlayır. Səslər, görüntülər, hətta ekspert kimi təqdim olunan simalar belə tam süni şəkildə yaradılır.
Mütəxəssislər bildirirlər ki, bu cür reseptlər elmi əsaslara söykənmir. Hər hansı xəstəlik və ya qidalanma rejimi fərdi yanaşma tələb edir. Sosial mediada yayılan bu standart məsləhətlər bəzən əks-təsir göstərərək sağlamlığa zərər verə bilər.























































