Xəbər Lenti
31-08-2026, 15:27
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
30-08-2026, 17:10
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
29-08-2026, 14:00
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
Dələduzluğun yeni növü yayılır xəbərdarlıq
Son dövrlərdə süni intellektin inkişafı ilə yanaşı, ondan sui-istifadə halları da artıb. Xüsusilə səs klonlama texnologiyası sosial şəbəkələrdə və müxtəlif platformalarda təhlükə mənbəyinə çevrilib.
Qaynarinfo Xəzər TV-yə istinadən bildirir ki, dələduzlar bu texnologiya vasitəsilə insanların səsini təqlid edərək onları aldatmağa çalışırlar. Bunun üçün süni intellekt əvvəlcə real səs nümunələrini öyrənir, daha sonra isə istənilən mətnə uyğun şəkildə həmin səsi yenidən yaradır.
Mütəxəssislər hesab edirlər ki, yaxın gələcəkdə bu cür fırıldaqçılıq hallarına qarşı daha güclü müdafiə sistemləri tətbiq edilməlidir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi də vətəndaşlara xəbərdarlıq edib.
Qeyd edilib ki, bu kimi kiberdələduzluq halları ilə qarşılaşan vətəndaşlar nazirliyin 102 xidmətinə və yaxud rəsmi sosial şəbəkə hesablarına müraciət etməlidirlər.
Daha ətraflı videomaterialı təqdim edirik:























































