“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Azərbaycan COP-29-dan sonra dünya ölkələrini daha bir beynəlxalq tədbirə - Ümumdünya Şəhərsalma Forumunun sessiyasına (WUF-13) yüksək təşkilatçılıq qabiliyyəti ilə ev sahibliyi etməkdədir.
Bir çox ölkənin dövlət və hökumət başçısı, yüksəksəviyyəli nümayəndə heyətləri artıq Bakıdadır və onların qənaəti bundan ibarətdir ki, Azərbaycan ona həvalə edilmiş bu məsuliyyətli tədbirin öhdəsindən uğurla gəlib.
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax və digər nüfuzlu şəxslər Azərbaycan paytaxtında tətbiq olunan yeni yanaşmaları alqışlamaqla, həqiqətən maraqlı bir platforma qurulacağına inandıqlarını bildirdilər.
180 ölkədən 32 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi tədbir sözsüz ki Azərbaycanın müasir inkişafını, Bakı şəhərinin modern simasını nümayiş etdirir.
Eləcə də, Azərbaycan öz gücü və şəhərsalma qüdrəti ilə urbanizasiya infrastrukturunu inkişaf etdirməyin yollarını təqdim edir - işğaldan azad edilmiş Qarabağ və Şərqi-Zəngəzurda ən müasir şəhərsalma modeli yaradılır, “ağıllı kənd” və “ağıllı şəhər” nümunələri, Şuşada zəngin memarlıq ənənələrinin bərpası bütün dünyanın diqqətini cəlb edir.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması isə Azərbaycanın dayanıqlı şəhər idarəçiliyi sahəsində iradəsini və həmrəylik baxışlarını göstərir.
Azərbaycan ilk dəfə bu Sessiyada yeni qlobal ictimai modeli də təqdim etməkdədir. Hazırda dünyanın müxtəlif regionlarında müharibə və risklər davam edir, dünya nizamı pozulub. Belə bir kritik vaxtda dünya Liderlərinin Bakı Sammitinin keçirilməsi mühüm geosiyasi məna daşıyır.
Bakıya toplaşan Prezident və Baş nazirlərin faydalı müzakirələr aparması istənilən halda qlobal sülhün qorunmasına, rifahın və əməkdaşlığın möhkəmlənməsinə fayda verəcək.
Ümumilikdə, WUF-13 çərçivəsində çoxsaylı səmərəli diskussiyalar, təklif və ideyalar olacaq ki, onların hər biri birbaşa insan amilinə xidmət edir.
Ona görə də, bu tədbirin insanyönümlü qərarların qəbul edilməsi ilə yadda qalacağına, mənzil təminatında yeni bir səhifə açılacağına inanıram.
Bu Sessiya, həmçinin, Bakının regional urbanizasiya turizmi mərkəzi kimi mövqeyini daha da gücləndirəcək.























































