Menu
Xəbər Lenti
Şəhid övladları Fransada
19-07-2026, 11:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 10:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 11:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 11:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 13:48

İsrail parlamenti buraxıldı

Dünya bir nərdivandır...
16-07-2026, 13:41

Dünya bir nərdivandır...

19 May 2026 11:29Manşet / Siyasət

“İnklüziv şəhər anlayışı yalnız fiziki infrastrukturla məhdudlaşmır”

 

“Müasir dövrdə şəhər inkişafının keyfiyyətini müəyyən edən əsas göstəricilərdən biri onun inklüzivlik səviyyəsi, yəni hər bir fərd üçün bərabər imkanların və maneəsiz mühitin təmin edilməsidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva WUF13 çərçivəsində keçirilən “İnklüziv şəhərlər və əlilliyi olan şəxslər üçün müstəqil yaşayış” adlı tədbirdə deyib. 

“Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına əsasən, dünya üzrə təxminən 1,3 milyard insan, yəni hər 6 nəfərdən 1-i əlilliklə yaşayır və bu göstərici inklüziv şəhər siyasətlərinin qlobal prioritet olduğunu bir daha təsdiqləyir. İnklüziv şəhər anlayışı yalnız fiziki infrastrukturla məhdudlaşmır. Bu anlayış əlçatan nəqliyyat sistemlərini, maneəsiz ictimai məkanları, görmə və eşitmə məhdudiyyətli şəxslər üçün uyğunlaşdırılmış informasiya mühitini, eləcə də rəqəmsal xidmətlərə bərabər çıxışı da əhatə edir”, - A.Əliyeva bildirib.

Azərbaycanın da inklüzivlik sahəsində ardıcıl siyasət həyata keçirdiyini qeyd edən Aygün Əliyevanın sözlərinə görə, son illərdə ictimai infrastrukturun əlçatanlığının artırılması, sosial xidmətlərin daha inklüziv hala gətirilməsi və şəhər mühitinin müasir standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb: “Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan işarə dilinin tanınması və sosial müdafiə sistemi çərçivəsində həyata keçirilən islahatlar dövlətin bu sahədə sistemli yanaşmasını nümayiş etdirir”.

Günel İbrahimova