Xəbər Lenti
Bugün, 11:42
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
26-06-2026, 19:30
Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
26-06-2026, 18:30
"Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov: Qalib Ordumuz – Güclü Azərbaycanın qürur salnaməsi
26-06-2026, 18:09
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Şanlı Azərbaycan ordusu – dövlətimizin gücü, xalqımızın qüruru
26-06-2026, 18:00
Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun- Silahlı Qüvvələr Günü ilə əlaqədar rayon tədbiri keçirilib.
26-06-2026, 15:02
Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
26-06-2026, 12:50
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
26-06-2026, 12:46
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
25-06-2026, 23:19
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
25-06-2026, 23:03
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
25-06-2026, 22:47
Xezertv.info-nun rəhbəri Fərid Faiq oğlu Səfərov: 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, qürur və şərəf bayramıdır
Leyla Əliyeva və Arzu Əliyeva DOST Mərkəzində
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mərkəzin fəaliyyəti barədə məlumat verib.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas qrupların yaradıcı potensialının inkişafı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün aparılan işlər diqqətə çatdırılıb.
Qeyd olunub ki, üç il əvvəl açılan mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Burada ötən dövrdə 600-dən çox şəxsə xidmət, həmçinin sosial-psixoloji dəstək göstərilib, 100-dən çox tədbir keçirilib. Hazırda 156 benefisiarın müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərdə olduğu mərkəzin İsmayıllıda "DOST Evi” filialı da fəaliyyət göstərir.
Benefisiarların əl işlərinin bir sıra beynəlxalq sərgilərdə, həmçinin COP29-un Yaşıl zonasındakı "Art Pavilion”da nümayiş etdirildiyi bildirilib.
Leyla Əliyeva və Arzu Əliyeva mərkəzdə kulinariya üzrə təlimə cəlb edilən həssas qruplara aid uşaqların əl işləri ilə tanış olublar. Uşaqlar "Yeni il” mövzusunda hazırladıqları şirniyyatları təqdim ediblər.
Səsyazma, floristika, bədii oyma, xalçaçılıq, keramika, təsviri incəsənət və digər studiyalarda təlim prosesini, hazırlanan yaradıcılıq nümunələrini nəzərdən keçirən Leyla Əliyeva və Arzu Əliyeva kapoeyra üzrə təlimçi və benefisiarların çıxışını izləyiblər.
Benefisiarlar və "İnklüziv DOST” könüllüləri Mərkəzin studiyalarında hazırlanmış geyim nümunələrini sərgiləyiblər.
Mərkəzin İnklüziv Kamera Orkestri və İnklüziv ansamblının müşayiəti ilə təlimçi və benefisiarların ifasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş konsert proqramı da təqdim edilib.






















































