Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
İcra başçısı özü kölgədə, vətəndaşları günün altında saxladı...
Cəlilabadın icra başçısı Rafiq Cəlilovun rayonun Qamışlıgöl kənd sakinləri ilə səyyar görüşü müzakirələrə səbəb olub.
Xezertv.info Publika.az -a istinadən xəbər verir ki, icra başçısı görüş zamanı kölgədə əyləşsə də, vətəndaşları günün altında saxlayıb.
Bunu əks etdirən görüntülər Cəlilabad RİH-in sosial şəbəkə hesabında paylaşılıb.
Paylaşılan görüntülər birmənalı qarşılanmayıb və Rafiq Cəlilovun özü kölgədə oturduğu halda kənd sakinlərini günün altında əyləşdirməsi tənqidlərə səbəb olub.
Qeyd edək ki, daha öncə Qaxın sabiq icra başçısı Musa Şəkiliyev Uzuntala kənd sakinləri ilə görüşdə eyni addımı atmış, özü kölgədə əyləşdiyi halda vətəndaşlar günəş altında oturmaq məcburiyyətində qalmışdı. M.Şəkiliyev daha sonra külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilmişdi.
Qarşı tərəfin mövqeyini tanıyırıq.























































