İgid özü üçün doğulur, Vətən üçün ölür — Milli Qəhrəman Şahlar Şükürovun əbədiyaşar xatirəsinə...
Azərbaycan Tibb Universitetində kamandan oxatma idman növünün inkişafı və perspektivləri müzakirə olunub
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
MAFİA tarixi
"Divide et impera" - Parçala və hökm sür.
Latın deyimi
MAFİA -nın yaranma tarixi barədə tarixçilər hələdə yekdil fikirə gələ bilmirlər. Bəziləri onun tarixini 1812-ci ilə aid etsələrdə, digərləri 1860 -cı ilə istinad edir. Lakin bir qism hüquqşünas - tarixçilər MAFİA- nın yaranmasını on üçüncü əsrə aid olduğunu iddia edirlər. Onların fikrincə, on üçüncü əsrdə İtaliya Fransanın əsarəti altında idi.
Siciliyanı idarə edən fransız Burbonlar sülaləsi idi və o dövrki Burbon hökmdarı Karl Anjuyskiya qarşı qiyama qalxan Siciliyalıların devizi belə idi :" Morte alla Francia İtalia anela"!"- Fransanın ölümü- İtaliyanın sevinci .
Lakin MAFİA tarixində ən gənc Capo ( Boss) titulunu almış Cozef Bonano özünün qələmə aldığı "Şərəf insanı" adlı kitabında belə bir romantik fikir irəli sürmüşdür.
Onun düşüncəsinə görə , 1282-ci ildə Siciliyanın Palermo şəhərində fransız əsgərlər cavan bir Siciliyalı qızın toy günündə onun namusuna toxunmuşlar.Həmin qızın anası haray çəkərək ağlaya-ağlaya :" ma fia! ma fia! ( mənim qızım! Mənim qızım!) söyləmiş və bunu eşidən Siciliyalı kişilər fransalı əsgərlərə hücum edərək onları qətlə yetirmişlər, sağ qalan fransalılar qorxularından adanı tərk etməyə məcbur olmuşlar.
Məşhur Florensiyalı hakim Rozario Minna " MAFİA hakimiyyətə qarşı " kitabında MAFİA-nın kriminal mədəniyyət kimi formalaşmasını 19- cu əsrə aid edir. Onun fikrincə MAFİA üç mərhələli inkişaf tarixi keçmişdir.
1.1800-ci ildən 1950-ci ilədək.
2.1950-ci ildən 1970-ci ilədək.
3.1970 - ci ildən bu günədək.
MAFİA on doqquzuncu əsrdə Siciliyanın Palermo, Trapani və Aqricento şəhərlərində yaranmağa başlamışdır. Varlı Siciliyalı zadəganlar öz torpaqlarını kasıb kəndlilərə icarəyə verirdilər və onlardan illik pul alırdırlar. Beləliklə adada Qabellotto adlı yeni sosial qrup yarandı və onlar tədricən varlanmağa başladı.Bu sinifə aid olan kəndlilər vaxt ötdükcə icarə haqqını verməkdən yayınır və torpaq sahiblərinə tabe olmaqdan vaz keçərək onlara qarşı üsyana qalxırlar.
Əsilli köklü Siciliyalılar varlanaraq özlərini bərkidir və zadəqan torpaq sabiblərinə öz yeni xidmətlərini təklif etməyə başlayırlar. Onlar kasıb kəndlilərə nəzarət edəcəklərinə və onların səssiz - səmirsiz torpaqları əkib becərəcəklərinə dair zəmanət təklif edirlər və bunun müqabilində pul və torpaq sahələrinin bir hissəsinə sahiblənirlər.
Beləliklə artıq 19-cu əsrin əvəllərində Siciliyada bütün hökümət vəzifələrini Mafiozolar zəbt edir və adanın idarəçiliyinə nəzarət edir.
Siciliyada ən zəngin və ən qəddar mafiozo Don Vito ləqəbli Don Kassio Ferro idi . Bennito Mussolininin bir nömrəli düşməni adlandırılırdı. O adada yerləşən bütün ticarət , kənd təssərrüfatı və ictimai iaşə obyektlərindən xərrac alardı. Onun həbs edəndə , ona qaçaqmalçılıq cinayətinə görə ittiham edirlər. Məhkəmə zamanı Don Vito söyləyir: " Mən həyatım boyu yüzlərlə cinayət törətmişəm , onların heçbirin sübüta yetirə bilmədiniz və məni yeqanə törətmədiyim cinayətə görə həbs etdiniz".
MAFİA tarixinin ən görkəmli simaları Palermolu Salvatore Lukania və yəhudi əsilli Mayer Lanskidir. Məşhur "Koza Nostra" - ( Bizim İşimiz) cinayət sindikatını məhz bu tandem 1929- ci ildə Atlantik- Sitidə keçirilən Konfransda yaratmışlar və bununlada ABŞ-da fəaliyyət göstərən bütün ailələri vahid mərkəzdən idarə etməyə başlamışlar. " Koza Nostra" nın İdarə Heyəti altı nəfər ( üç italyan və üç yəhudi ) mafiozodan ibarət olub:
1.Salvatore Lukania ( Laki Luçano).
2.Frenk Kostello.
3.Coni Doto ( Co Adonis).
4.Mayer Lanski.
5.Abner Svilman.
6.Benjamin Siqal.
20 - ci əsrin 30-cu cə 40- cı illərində bu qanqsterlər demək olar ki ABŞ-ın bütün böyük gəlirlər gətirən bizneslərinə nəzarət edirdilər. Onların fəaliyyətləri kazinolar , otellər, çimərliklər, restoranlar, gecə klubları, insan və silah alveri, spirti içkilər və narkotik vasitələrin satışı ilə əhatə olunurdu. Hətta o yerə gəlib çıxmışdır ki MAFİA korrupsiya əlaqələri quraraq dövlət orqanlarına təsir mexanizmi formalaşdırmışdır. Onlar hakimlərə , senatorlara , gubernatorlara və polis məmurlarına təzyiq gücünə malikidilər.
MAFİA başçıları ilə mübarizənin effektivliyini artırmaqdan ötrü ABŞ Senatı 1950- ci ildə " Kefauver Komitəsi" təsis etmək məcburiyyətində qaldı. Bu komitənin yaradılması təşəbbüsünü , sonralar ABŞ - ın Vitse-Prezidenti olan demokrat senator Estes Kefauver irəli sürmüşdür. Bu istintaq komitəsinin adaşdırma predmetinə təxminən 600 cinayətkar cəlb olunmuşdur. Onların bir hissəsi həbs olundu , digərləri isə sərbəst buraxılmışdır. Ümimiyyətlə MAFİA tarixi maraqlı faktlarla zəngindir. Məsələn onlardan biri 1943- cü ildə , ikinci dünya müharibəsi zamanı ABŞ Prezidenti Franklin Delano Ruzveltin Palermolu qanqster Laki Luçanoya , Siciliya adasına ABŞ Hərbi Hava Desantının yerləşdirilməsinə köməklik göstərməsi xahişini göstərmək olar. Digər bir maraqlı fakt isə ABŞ Prezidenti olmuş Con Kennedinin atası Fitcerald Kennedinin Çikaqo MAFİA -sının Bosslarından olan Sem Conkanaya xahiş edərək bu sözləri söyləməsi:" Mənim oğlumu prezident edin , siz ağ evdə olacaqsınız və Amerika sizin ayaqlarınız altında olacaq".
Hüquqşünas , Kriminologiya üzrə ekspert Faxir Ağayev.






















































