Xəbər Lenti
Dünən, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 14:28
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
8-10-2026, 10:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 18:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
04 Fevral 2023 09:17Mədəniyyət
Süni intellekt texnologiyası Lope de Veqanın naməlum pyesini aşkar edib
İspaniya Milli Kitabxanasının arxivlərində anonim tarixi əsərlərin aşkar edilməsi üzrə istifadə edilən süni intellekt texnologiyası bu günədək gizli qalan qiymətli əsəri – görkəmli ispan dramaturqu, şairi və yazıçısı Lope de Veqanın naməlum pyesini ortaya çıxarıb.
AZƏRTAC “godliteratury” saytına istinadla xəbər verir ki, bu pyes “La francesa Laura” (“Fransız qadın Laura”) adlanır. Dünyaca məşhur “Nə əldən qoyur, nə yardan doyur” əsərinin müəllifi olan ispan ədib bu pyesi 1635-ci ildə - vəfatından bir neçə il əvvəl qələmə alıb. Əsərin əsas qəhrəmanı hersoq Bretaninin qızı və qraf Arnaldonun xanımı Lauradır. Fransız taxt-tacının varisi ona aşiq olur. Lakin Laura onun təklifini rədd edir və qısqanc əri buna rəğmən onu zəhərləmək istəyir. Sonda qazın öz təmiz adını qoruyub saxlayır və pyes xoşbəxt sonluqla bitir.
Kitabxananın arxivlərində saxlanılan bu əsərin XVII əsrə aid surəti qalıb. Vyana və Valyadolid universitetlərinin tədqiqatçıları neyroşəbəkədən istifadə etməklə bu arxivlərdə 1300 anonim əlyazması və kitablar aşkar ediblər. Bu texnologiya sayəsində illər boyu davam edən insan əməyinə qənaət edilib, eyni zamanda, müxtəlif yazıçılara məxsus olan əsərlərin müəllifləri müəyyən edilib.
İspaniya Milli Kitabxanası bəyan edib ki, “Fransız qadın Laura” pyesində istifadə olunan sözlər eksperimentdə yoxlanılan 350 dramaturqun arasında yalnız Lope de Veqanın yazı üslubuna uyğundur. Peşəkar filoloqlar da bu nəticəni təsdiq ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır