Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
İndi də Venesuelanı “51‑ci ştat” adlandırdı
ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yayımladığı paylaşımda Venesuelanın ABŞ‑nin “51‑ci ştatı” ola biləcəyinə işarə edib.
“Qafqazinfo” xəbər verir ki, Tramp paylaşımında Venesuelanın beysbol komandası yarımfinalında İtaliyanı 4‑2 məğlub etməsini vurğulayıb.
“Son vaxtlar Venesuelada yaxşı şeylər baş verir. Görəsən, bu sehr nədir? 51‑ci ştat olmaq istəyən var?” ifadəsini işlədib.
Qeyd edək ki, ötən ay Tramp sosial şəbəkə hesabında Kanada, Qrenlandiya və Venesuelanı ABŞ əraziləri kimi göstərən bir xəritə paylaşmışdı, bu isə beynəlxalq müzakirələrə səbəb olmuşdu.
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez daha əvvəl ABŞ‑nin 2025‑ci ilin noyabrına qədər ölkəsini “51‑ci ştat” etməyi hədəflədiyini irəli sürmüşdü.
Tramp əvvəllər də Kanadanın ABŞ‑nin 51‑ci ştatı olması ilə bağlı fikirlər səsləndirib.























































