Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
“Məktəbimizin Gənc Diplomatları” layihəsi çərçivəsində fəaliyyətlər yekunlaşıb.
Əsas məqsədi şagirdlərdə beynəlxalq münasibətlərə dair bilikləri artırmaq, debat, ictimai çıxış, analitik düşüncə və diplomatik yazışma bacarıqlarını inkişaf etdirmək məqsədilə MUN (Model of United Nations) formatında simulyasiya konfransı təşkil etmək olan layihədə ümumilikdə 80 şagird, 16 nəfər müəllim iştirak edib.
İlk olaraq şagird və müəllimləri layihə ilə bağlı məlumatlandırmaq üçün 3 saatlıq infosessiya keçirildi, burada şagirdlərə MUN modelinin mahiyyəti, simulyasiya zamanı izləniləcək qaydalar, çıxış strukturu və qətnamə yazılışı haqqında məlumatlar verildi. Daha sonra 4 saatlıq komanda quruculuğu oyunları keçirildi. Bütün bu fəaliyyətlər yekunlaşdıqdan sonra isə 2 günlük MUN konfransı baş tutdu.
Növbəti mərhələdə layihədə iştirak etmiş müəllimlər öz məktəblərində seminar keçirərək layihə ilə bağlı müzakirələr aparacaqlar.
Xatırladaq ki, layihə Astara şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Gülnar Məmmədova tərəfindən icra olunur.








Fərid Faiqoğlu
AJB-nin üzvü
Xezertv.info























































