Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Tramp NATO ölkələrinə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
"Şimali Atlantika Alyansına (NATO) üzv dövlətlər Hörmüz boğazının açılmasında ABŞ-yə kömək etməsə, çox pis gələcəklə üzləşəcək".
Oxu.Az xəbər verir ki,bunu ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın "Financial Times" qəzetinə verdiyi müsahibədə bildirib.
"Əgər Hörmüz boğazında səyləri birləşdirmək çağırışına cavab verilməsə və ya mənfi cavab verilsə, düşünürəm ki, bu, NATO-nun gələcəyinə çox pis təsir edəcək", - deyə Ağ Ev rəhbəri bildirib.
O əlavə edib ki, regiona mina gəmilərinin göndərilməsi də daxil olmaqla, hər cür yardımda maraqlıdır. ABŞ lideri, həmçinin Avropa ölkələrindən olan xüsusi təyinatlı qüvvələrin Fars körfəzində dronlar buraxan və ya mina qoyan İran qüvvələrini məhv etmək üçün istifadə edilə biləcəyinə işarə edib.
"Biz onlara çox sərt zərbələr endiririk. Onlar Hörmüz boğazında kiçik bir problem yaratmaqdan başqa bir şey etmirlər, amma avropalılar Hörmüz boğazında gəmiçilikdən faydalanırlar və onlar bizə asayişi qorumağa kömək etməlidirlər. Biz onlara kömək edəcəyik. Amma onlar da orada olmalıdırlar", - deyə Tramp bildirib.























































