Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
“Hörmüz boğazı bağlandı, keçməyə çalışan hər bir gəmini vuracağıq”
“Hörmüz boğazı bağlandı”.
“Qafqazinfo” xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanının müşaviri, general İbrahim Cabbari İran dövlət televiziyasında çıxışında deyib.
O, Hörmüz boğazının nəqliyyat üçün bağlandığını və keçməyə cəhd edən istənilən gəminin hədəf alınacağını bəyan edib.
Cabbari bildirib ki, bu addım ABŞ və İsrailin hücumlarına cavab olaraq atılıb. Onun sözlərinə görə, boğazdan keçməyə çalışan gəmilər İnqilab Keşikçilərinin Hərbi Dəniz Qüvvələri və Quru Qoşunları tərəfindən vurulacaq.
“Hörmüz boğazı bağlıdır. Keçməyə çalışan istənilən gəmiyə hücum edib onu yandıracağıq. Bu bölgəyə gəlməyin”, – deyə general vurğulayıb.
Cabbari qeyd edib ki, hazırda neftin qiyməti 82 dollara çatıb və qlobal bazarlarda qiymətlərin daha da yüksələcəyi gözlənilir. O, əlavə olaraq bölgədəki neft boru kəmərlərinin də hədəf alına biləcəyini deyib və bölgədən bir damla neftin belə çıxmasına icazə verməyəcəklərini bildirib.























































