Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Omlet, yoqurt, yoxsa sıyıq? - İdeal səhər yeməyi açıqlandı
"Səhər yeməyi üçün yaxşı seçimlərdən biri təzə tərəvəz salatı ilə omlet və tam taxıllı çörəkdən hazırlanmış tost üzərinə çəkilmiş meyvə mürəbbəsi ola bilər".
Oxu.Az xəbər verir ki, bu barədə endokrinoloq Marqarita Belousova Lenta.ru portalına müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, bundan başqa, toyuq döş əti, kahı yarpaqları, krem pendir və pomidorla hazırlanmış sendviç, eləcə də yunan yoqurtu ilə souslanmış meyvə-giləmeyvə də sağlam səhər yeməyi variantları sırasındadır.
Mütəxəssis həmçinin giləmeyvə və qoz-fındıqla kəsmik və ya kəsmikli zapekanka, eləcə də sobada bişirilmiş balqabaq və feta pendiri ilə salatı da tövsiyə edib. Endokrinoloq səhər yeməklərində ənənəvi hesab edilən sıyıqlara da diqqət yetirib. Onun fikrincə, dənli bitkilərin çoxsaylı üstünlükləri olsa da, onlar hər kəs üçün uyğun olmaya bilər.
Məsələn, 2-ci tip şəkərli diabeti olan şəxslərə qlisemik indeksi aşağı olan sıyıqlara üstünlük vermək tövsiyə olunur. Bu sıraya yulaf, qarabaşaq və arpa sıyığı daxildir. Eyni zamanda qlütenə qarşı dözümsüzlüyü olan insanların bulqur, arpa və buğdadan hazırlanan sıyıqlardan uzaq durmaları məsləhət görülür.
M.Belousovanın sözlərinə görə, belə hallarda qarabaşaq, düyü və qarğıdalı daha təhlükəsiz alternativ hesab olunur.























































