“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Qarabağ suvarma kanalı ilə bağlı yaradılan işçi qrupunun növbəti iclası keçirildi
Qarabağ zonası və ona yaxın ərazilərdə su təchizatı infrastrukturunun müasirləşdirilməsi, su itkilərinin azaldılması və meliorasiya olunmuş torpaq sahələrinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli 85 nömrəli Sərəncam imzalanıb.
“Qafqazinfo” xəbər verir ki, Sərəncamdan irəli gələn məsələlərin icrasını vaxtında təmin etmək, eləcə də layihə işlərinin həyata keçirilməsini sürətləndirmək və görüləcək işlərin aidiyyəti qurumlarla birgə əlaqələndirilmiş şəkildə aparılması məqsədilə Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən yaradılmış İşçi qrupunun 01.08.2025-ci il tarixində iclası keçirilib.
İclası İşçi qrupun rəhbəri Rafiq Aslanov açaraq, 1958-ci ildə istismara verilmiş, uzunluğu 172,4 km, normal su sərfi 113 m³/san olan Qarabağ suvarma kanalının mövcud vəziyyəti və onun yenidən qurulmasının xüsusi əhəmiyyətlərindən danışdı. O çıxışında, başlanğıcını Mingəçevir su anbarından götürən Qarabağ suvarma kanalının 1 şəhər və 8 rayonun (Mingəçevir şəhəri, Yevlax, Goranboy, Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan və İmişli rayonları) 115 min hektara yaxın əkin sahələrinin suvarma, yaşayış məntəqələrinin isə içməli və məişət suları ilə təmin olunmasına xidmət etdiyi ilə yanaşı, yay aylarında Araz çayındakı su çatışmazlığının aradan qaldırması məqsədilə Qarabağ kanalı vasitəsilə 25-30 m³/san suyun Bəhramtəpə hidroqovşağına ötürüldüyünü, bununla da İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarının da əkin sahələrinin su təminatının yaxşılaşdırılmasının təmin olunduğunu bildirdib.
Eyni zamanda, o qeyd etdi ki, kanalın suyundan İstilik Elektrik Stansiyasının aqreqatlarının soyudulması məqsədi ilə də istifadə edilir. İclas iştirakçılarının diqqətinə çatdırıldı ki, 1955-ci ildə kanalın bugün xidmət etdiyi ərazilərdə qrunt suyunun dərinliyinin 10-15 metr olub, lakin torpaq məcralı Qarabağ kanalı tikilərək istismara verildikdən sonra kanaldan sızan sular hesabına həmin ərazilərdə qrunt suyunun yatım dərinliyi 1-1,5 m qədər yer səthinə qədər qalxıb, bu da ərazilərin şorlaşmasına və kənd təsərrüfatı sahəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olub.
Bunun qarşısını almaq üçün sonrakı dövrlərdə həmin ərazilərin qrunt sularının yatım dərinliyinin aşağı salınması və təkrar şorlaşmasının qarşısının alınması məqsədi ilə kollektor-drenaj şəbəkəsnin tikildiyi bildirildi.
Daha sonra, Dövlət Su Ehtiyatları Agentliyininin Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu tərəfindən “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsi ilə bağlı nəzərdən keçirilən alternativlərin təqdimatı keçirilərək, layihənin texniki-iqtisadi göstəriciləri haqqında iclas iştirakçılarına ətraflı məlumat verildi.
Təqdimatdan sonra iclas iştirakçılarının sualları cavablandırılaraq, rəy və təklifləri dinlənildi.
İclasın sonunda, iştirakçlılar tərəfindən səsləndirlən rəy və təkliflər nəzərə alınmaqla, Qarabağ suvarma kanalının texniki-iqtisadi əsaslandırmasının daha dolğun işlənməsi qərara alındı.

























































