Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
"Üçüncü Roma"nın növbəti "Bizans oyunları"
Bu ilin mart ayında Moskva Dövlət Universitetinin nəzdində "Qafqazşünaslıq" kursları fəaliyyətə başlayıb. Kursların mərkəzi istiqaməti "ermənişünaslıq"dır. İlk baxışdan məntiqli görünmür, çünki Qafqazın ən böyük dövləti Azərbaycandır və say etibarilə azərbaycanlılar Cənubi Qafqazın digər xalqlarının məcmusundan çoxdur. Ancaq Rusiyanın bölgəyə dair siyasətinin tarixinə baxanda, mənzərə aydın olur: erməniləri Qafqaza köçürüb özlərinə qədim türk torpaqlarında forpost yaradanların nəticə və kötücələri Moskvanın ənənəvi siyasətinə sadiqdirlər.
Moskvada nəzəri platformada Qafqaza münasibətdə istinad yenə də ermənilərə və Ermənistana edilir. Tarixi kurs faktiki olaraq heç bir dəyişikliyə uğramayıb, hazırkı reallığa situativ mərhələ kimi baxılır ki, Vladimir Putinin köməkçisi olan digər Vladimir - Medinskinin Qarabağı Ukraynada işğal etdikləri ərazilərlə "dəyişik salması" da məhz bu prizmadan şərh edilməlidir.
Sözügedən fakt onu göstərir ki, Putin Rusiyası da ənənəvi tarixi yolu tutaraq regionda erməni amilinə üstünlük verir, süni yaradılmış Ermənistan "dövləti"nə söykənib bölgəni "parçala hökmranlıq et" prinsipi ilə idarə etməyi özünün başlıca hədəfi seçib. Ali məktəbin elanında qeyd olunur ki, kursları bitirənlər gələcəkdə Rusiya XİN-də və prezident administrasiyasında işlə təmin olunacaqlar. Başqa sözlə, "beşik"dən antitürk, anti-Azərbaycan platformada bəslənən gələcək mütəxəssislər Moskvanın son iki əsrdə sərgilədiyi siyasəti davam etdirəcəklər.
Hazırda regionda izlənən bir sıra proseslər Kremlin ənənəvi siyasətini bərpa etməsinin təzahürləridir. Rusiyada azərbaycanlıların təqib edilməsi, ölkənin media orqanlarında Azərbaycanafob mühitinin tündləşdirilməsi, Ermənistanda Moskva ilə o qədər də yaxşı münasibətlərdə olmayan Paşinyan hakimiyyətinin laxladılması... Putin Rusiyasının ideoloqları və praktiki siyasətin icraçıları yaxşı anlayırlar ki, bölgədə yenidən idarə edilən xaosun yaradılması və bu yolla yerli xalqların tabe etdirilməsinin yolu regiondaxili münaqişə və qarşıdurmanın qızışdırılmasından keçir. Yekun sülh sazişinin imzalanması ərəfəsində olan Azərbaycanla Ermənistan arasında nizamlama prosesinin pozulması və yenidən müharibə ocağının alovlanması Cənubi Qafqazı idarə etməyin ən optimal və ənənəvi yolu ola bilər. Bu isə İrəvanda hakimiyyətdə Paşinyanın olduğu halda çətin icra ediləcək plandır. Elə buna görə də Rusiya Ermənistanda son kozırını işə salıb: nüfuzdan düşmüş Kreml agentləri olan Robert Koçaryanla Serj Sarqsyandan bir nəticə gəlmədiyini görüb iki yüz il öncə istifadə etdiyi erməni keşişlərini işə salıb. Necə ki, iki əsr bundan əvvəl qədim türk yurdu olan Qərbi Azərbaycan və Qarabağın erməniləşdirilməsində saxta qriqoryan kilsəsindən istifadə edilmişdi, indi də son döyüşə keşişlər gedir.
Üç ildir Ukraynada davam edən qanlı işğalçılıq müharibəsi "müasir" Rusiyanın köhnə imperiyanı bərpa etmək hədəfinin ilk böyük addımıdır. Qərbdə bu müharibəni Kiyevin uduzması təqdirində Moskvanın Avropanın içlərinə doğru yolunun açılacağından qorxurlar. Əslində, Ukraynanın işğalı və Kiyevin tabe etdirilməsi Kremlin nəzərlərini yenidən Şərqə - Orta Asiyaya və Cənuba - Qafqaza yönəltməsi olar. Çünki taqətdən düşmüş, insan və kapital resursları tükənmiş Rusiya "qoca qitə"nin kollektiv müqaviməti ilə üz-üzə gəlməyi riskli addım hesab edib, nəfəs dərməyə çalışacaq. Arxa cəbhənin möhkəmləndirilməsi, rus və sovet imperiyalarının xəyalən bərpası, işğal edilən ərazilərin iqtisadi resursları və sərvətləri hesabına yenidən güc toplamaq üçün çıxış yolu kimi nəzərdən keçirilə bilər. Rusiyanın neoimperialist geosiyasətinin nəzəri banisi və ideoloqlarından biri olan Aleksandr Duginin Ukraynanın şərq hissəsinin ilhaqının ilk aylarında Orta Asiya və Cənubi Qafqazı hədələməsi, ardınca Moskvanın uğursuz Qazaxıstan həmləsi məhz bu niyyətin təzahürlərindən idi...
Osmanlı türkləri İkinci Roma - Bizansı süquta uğratdıqdan sonra Moskva xristian dünyasının mərkəzi olmaq missiyasını üzərinə götürməyə bir neçə dəfə cəhd edib və insafən, bunların hamısı uğursuzluğa düçar olub. "Üçüncü Roma" - Moskvanın Roma imperiyası və Bizansın (İkinci Roma) varisi və pravoslav xristianlığının mərkəzi olduğunu iddia edən dini-tarixi və siyasi konsepsiyadır. Bu fikir ilk dəfə XVI əsrdə ortaya çıxıb, Roma və Konstantinopolun süqutundan sonra "həqiqi inanc"ın yeganə dayağı kimi Moskvanın olması ideyasının üzərində bərqərar olub.
Qərbin katolik dünyasının müqaviməti və Bizansın varisi olan Yunanıstanın Avroatlantik məkana üz tutması Kremlin tarixi ambisiyalarının din platformasında icrasının önündə böyük maneə olub. Ancaq aydındır ki, Moskvanı bu niyyətindən tam çəkindirməyib. Rusiya imperialistlərinin tarixi arzusu Qərblə Şərq arasında körpü rolunu oynayan və tük amilinin nəzarətində olan İstanbulu ələ keçirmək olub. İndinin özündə belə bəzi şovinist rus siyasətçiləri və akademik dairələrin təmsilçiləri İstanbula "Konstantinopol" ya "Çarqrad" (Çarın şəhəri) deyirlər. Moskvanın bu planının icrası Cənubi Qafqaza nəzarətsiz mümkünsüzdür və Kremlin Azərbaycana qarşı son siyasi addımlarına geosiyasi müstəvidə məhz bu prizmadan yanaşmaq lazımdır. Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya bölgələri vasitəsilə regionun Qara dəniz sahillərinə nəzarət edilir. Ermənistanda hakimiyyətin dəyişdirilməsi Cənubi Qafqaz üzərində nəzarəti bərpa etmək uğrunda mühüm addım ola bilər.
Bu, Rusiya tarixinin əsl siması və rus şovinizminin gerçək üzüdür. İki qitədə yerləşən, zəngin təbii sərvətləri olan bir dövlət öz resurslarından istifadə edib normal cəmiyyət qura bilmir və gözü daima özgəsinin torpağındadır. Bu yanaşma orta statisitik rusiyalının iki gün öncə Yekaterinburqda azərbaycanlı ailənin evinə soxulub qətllər törədən xüsusi təyinatlıların psixologiyasından o qədər də fərqlənmədiyinin sübutudur. Demoqrafiya böhranı, Ukraynada yüzminlərlə insan itkisi ilə bir qədər də dərinləşən Rusiya bu tələfatın "kompensasiya"sını daha da aqressivləşməkdə görür. Bu bədbin reallıq yaralı ayını daha da yırtıcı və aqressiv edir. Ancaq sirkə də tünd olanda əvvəl qabını sındırır. Rusiya tarixində bu kimi hallar dəfələrlə izlənilib. Tarix təkrarlanmağı sevir...
Rüstəm Qaraxanlı























































