Menu
Xəbər Lenti
ZAHİD HƏBİBOĞLU — 55
10-10-2026, 11:50

ZAHİD HƏBİBOĞLU — 55

“Azeri Light” ucuzlaşdı
10-10-2026, 11:32

“Azeri Light” ucuzlaşdı

Neftimiz bahalaşdı
8-10-2026, 10:30

Neftimiz bahalaşdı

02 Mart 2023 02:41Dünya

Rusiya Prezidenti bu gün Şimali Qafqaza səfər edəcək

Rusiya Prezident Vladimir Putin bu gün Şimali Qafqaz Federal Dairəsinə işgüzar səfər edəcək.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezident “Müəllimlər ili”nin açılış mərasiminin keçiriləcəyi “Maşuk” Bilik Mərkəzinə baş çəkəcək, həmçinin Stavropol diyarının qubernatoru Vladimir Vladimirovla görüşəcək.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Prezident Çeçenistan Respublikasında, Suriyada döyüş tapşırığını yerinə yetirərkən və Ukraynada xüsusi hərbi əməliyyat zamanı Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülmüş şagirdləri yetişdirmiş müəllimlərə dövlət mükafatlarını təqdim edəcək, “Müəllimlər məktəbinin” iştirakçıları ilə görüşəcək.