İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Saçı süpürgə qadın...
Azərbaycan qadınının azadlıq simvolu kimi bilinən “Sevil”in müəllifi Cəfər Cabbarlının heykəlinin yaxınlığındakı parkdayam. “28 May” metrosunun həndəvərində may günəşinin isti şəfəqləri altında küçələri süpürüb yorğun düşən bir qadın dəyir gözümə.
Yaman da fikirlidir. Deyəsən, paytaxt sakinlərinin get-gəli içində özünə fasilə verib. Yaxınlaşıb “yanınızda otura bilərəm?”- deyə soruşuram. Bu qadın o qədər yorğundur ki, “hə” deməyə taqəti yoxdur. Sualıma başını yelləyərək cavab verməyindən anlayıram.
Deyir, işimiz nə qədər çətin, yorucu olsa da, maraqlıdır. Bircə anlamadığım odur ki, sakinlər dilsiz canlılar üçün evdən gətirdikləri yeməkləri, niyə küçələrə atırlar? Ağacların dibindəki heyvan yemini işarə edərək, “bax sən gəlməzdən azca əvvəl yerdən yığıb qoymuşam buraya” -deyir:
“Küçəyə atsalar, dərd yarıdır, əsas da bu boyda yazıçının heykəlinin altına qoyub gedirlər. Başa düşürəm, heyvansevərlik yaxşı şeydir, amma adam gərək bizim kimi qadınları da düşünə, insansevər də ola”.
.jpg)
Kiçik susqunluqdan sonra söhbət açıram. Məlum olur ki, xanımın əsl adı Səliqədir, 52 yaşı var. Ömrünün düz 25 ilini Bakı küçələrini təmizləyərək keçirib.
Kiçik təbəssüm edərək ona deyirəm ki, “Səliqə təkcə adınız yox, həm də işinizdir”. O da gülür... Bu sözümdən sonra özü haqda danışmağa başlayır.
Deyir ailə quranda tibb kollecini bitiribmiş. Yoldaşı ona “qadın evində, mətbəxinin başında olmalıdır” dediyi üçün tibb bacısı olmaq xəyalından əl çəkib. Amma həyat elə gətirib ki, evinin çörəyini illərdir əlindəki süpürgədən çıxarır, komasında onu gözləyən ərinin qulluğunda durur.
Heykəl haqqında dediklərindən sonra ədibin ən məşhur pyesi olan “Sevil”dən söz açıram. Görürəm ki, nə qədər əziyyətli həyatı olsa da, mütaliəsindən də qalmayıb.
Həyatını da elə “Sevil”in taleyinə bənzədir.
Mənim 30 illik ömrümdə saydıqca bitirə bilməyəcəyim müəllimlərim olub, amma ən böyük dərsi də elə bu xanımdan alıram:
“Yadında saxla qızım, “Sevil”lər fədakarlıq etdikcə, “Balaş”lar “Dilbər”lər tapır”.
Telli Minbir
























































