İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
“Bu fakt ölkəmizdə humanizmin nə dərəcədə yüksək olmasını təsdiqləyir”
“Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində insan amili dayanır. Bu siyasətdə humanizm prinsiplərinə də böyük önəm verilir. Respublikamızda əlamətdar tarixlər ərəfəsində əfv Sərəncamı və amnistiya aktlarının qəbul edilməsi bunun əyani təsdiqidir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, müstəqil Azərbaycanın dövlət siyasətində humanizm ənənəsinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub: “Ulu Öndərin siyasi iradəsi əsasında 1995-2003-cü illərdə respublikamızda 7 amnistiya aktı və 32 əfv Fərmanı imzalanıb. Hazırda isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sentyabrın 23-ü Prezidentin növbəti əfv Sərəncamı imzalaması da bunun göstəricisidir. Ümumiyyətlə, müstəqillik illərində imzalanmış 70-dən artıq əfv Fərmanı ilə 10 mindən artıq məhkum azadlığa buraxılıb. Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib və ölkəmizdə təqdirlə qarşılanıb”.
Millət vəkilinin sözlərinə görə, budəfəki əfv Sərəncamına əsasən Azərbaycan vətəndaşları ilə yanaşı, Fransa, Rusiya, Türkiyə və Pakistan vətəndaşları da azadlığına qovuşub: “Bu fakt da bir daha ölkəmizdə humanizmin nə dərəcədə yüksək səviyyədə olmasını təsdiqləyir.
Bundan əvvəlki əfv Sərəncamı ötən ilin mayında, 28 May - Müstəqillik Günü ərəfəsində imzalanmışdı. Prezident İlham Əliyevin 26 may 2025-ci il tarixində imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” növbəti Sərəncamına əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş xeyli sayda məhkum azadlığa qovuşmuşdu. Budəfəki əfv Sərəncamı isə dövlətimizin humanizm siyasətinin davamlı olduğunu sübut edir”.























































