Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Magistral yollarda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət: Mübariz Paşayevin rəhbərliyi ilə etibarlı inkişaf xətti
Yol infrastrukturunda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət nümunəsi: Fazil Musayevin rəhbərliyi ilə Bakı yollarında keyfiyyətli xidmət
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
Tərtərin tərəqqi salnaməsi: Dövlətə sədaqət, xalqa xidmət yolunda - Müstəqim Məmmədov
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının icrası ilə bağlı tədbirlər müəyyənləşdirildi
Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib
Humanizm üzərində qurulan güclü dövlət
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi təkcə hüquqi və siyasi mahiyyət daşımır, eyni zamanda dövlətçilik fəlsəfəsinin, milli iradənin və humanist dəyərlərin bariz ifadəsidir. Məhz bu strateji kontekstdə Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü dövlətin vətəndaşa münasibətində mərhəmət, ədalət və sosial məsuliyyət prinsiplərinin növbəti təntənəsi kimi dəyərləndirilməlidir.
Dayanıqlı və humanizm siyasətinə əsaslanan Azərbaycan dövlətçilik ənənələrinin hüquqi təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun xilaskarlıq missiyası və qətiyyətli siyasi iradəsi nəticəsində müasir Azərbaycan dövlətinin ideoloji və hüquqi əsasları formalaşıb. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası isə milli dövlətçiliyimizin möhkəm və dönməz sütununa çevrilib.
Humanizm Azərbaycan dövlətçilik fəlsəfəsinin əsas sütunlarından biri olmaqla, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin mühüm tərkib hissəsi idi. Ulu Öndər hər zaman dövlətin gücünü onun vətəndaşa münasibətində, ədalətə və mərhəmətə söykənən siyasətində görürdü. Onun formalaşdırdığı humanist idarəçilik modeli müasir Azərbaycanın hüquqi və mənəvi əsaslarını müəyyənləşdirdi. Bu gün Prezident İlham Əliyev həmin siyasi kursu uğurla davam etdirərək humanizmi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birinə çevirib. Cinayət-hüquq siyasətində də humanist yanaşmanın tətbiqi bu ardıcıllığın bariz nümunəsidir. Əfv və amnistiya təşəbbüsləri dövlətin cəzalandırmaqla yanaşı, islah etməyi və yenidən cəmiyyətə qazandırmağı hədəflədiyini göstərir. Humanizmə söykənən bu siyasət dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadı gücləndirir. Ulu Öndərin müəyyən etdiyi siyasi xətt bu gün yeni tarixi şəraitdə daha da zənginləşdirilir. Bu isə Azərbaycanın güclü, ədalətli və mərhəmətli dövlət kimi inkişafını təmin edir.
Bu gün Prezident İlham Əliyev həmin siyasi kursu dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirərək Konstitusiyanın ali hüquqi qüvvəsini ölkənin bütün ərazisində tam təmin edib, suverenliyimizi real və dönməz məzmuna qovuşdurub.
Humanizm Ulu öndərin siyasi varisi Prezident İlham Əliyevin də dövlət siyasətinin əsas fəlsəfəsidir, desək yanılmarıq.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Sosial ədalət, vətəndaş rifahı, mərhəmət və humanizm prinsipləri dövlət idarəçiliyinin ayrılmaz tərkib hissəsidir. Bu yanaşma cinayət-hüquq siyasətində də özünü aydın şəkildə göstərir. Dövlət başçısı cəzanı məqsəd yox, islah və cəmiyyətə yenidən inteqrasiyanın vasitəsi kimi görür.
Onun amnistiya elan edilməsi təşəbbüsü ümumbəşəri humanizm dəyərlərinə sadiqliyin növbəti təzahürüdür.
Suverenliyimizin tam bərpası, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində təmin olunması Azərbaycan xalqının tarixi qələbəsidir. Məhz bu möhtəşəm mərhələdə humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs dövlətin gücünün cəza sərtliyində deyil, ədalətli və mərhəmətli yanaşmasında olduğunu bir daha nümayiş etdirir.
Amnistiya aktının layihəsinə əsasən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın hərbi təxribatları nəticəsində əlil olmuş vətəndaşlar, qadınlar, 60 yaşdan yuxarı şəxslər, yetkinlik yaşına çatmayanlar və digər sosial həssas kateqoriyalara aid şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad ediləcəklər. Eyni zamanda, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzalarının azaldılması da nəzərdə tutulur.
Bu təşəbbüs tətbiq ediləcəyi şəxslərin sayına görə müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya olacaq. Proqnozlara əsasən, amnistiya aktı ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək. Minlərlə ailə üçün bu qərar yeni ümid, yeni başlanğıc deməkdir.
Humanizm siyasətinin davamlılığına nəzər salsaq görərik ki, 1995-ci ildən bəri qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq şəxsi əhatə edib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla on minlərlə məhkum əfv olunub. Bu faktlar göstərir ki, Azərbaycan dövləti humanizm siyasətini ardıcıl və sistemli şəkildə həyata keçirir. Bu ənənənin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin siyasi irsi bu gün Prezident İlham Əliyev tərəfindən yeni tarixi reallıqlar fonunda daha da zənginləşdirilir.
Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya təşəbbüsü güclü dövlətin humanist simasını, Konstitusiyanın ruhuna və milli dəyərlərə sədaqəti nümayiş etdirir. Bu addım bir daha sübut edir ki, Azərbaycan dövləti vətəndaşına inanır, onu cəmiyyətə qazandırmağı prioritet hesab edir və inkişaf yolunu ədalət, humanizm və sosial həmrəylik üzərində qurur.























































